azadses.az » Siyasət » Laçın yolunun dəhliz məntiqi aradan qalxır, Rusiya postlar qurur, Azərbaycan həmlələri davam etdirir – TƏHLİL

Laçın yolunun dəhliz məntiqi aradan qalxır, Rusiya postlar qurur, Azərbaycan həmlələri davam etdirir – TƏHLİL

Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində erməni separatçılara qarşı keçirdiyi “Qisas” antiterror əməliyyatından sonra Kəlbəcərdəki Buzdux yüksəkliyini də nəzarətə götürdü.

Proseslərin bundan sonra hansı istiqamətlərə yön alacağı maraq doğurur, hərbi-siyasi parametrlərlə bunu deyə bilərik ki, Azərbaycan sərhəddən Qərbi Zəngəzura doğru yeni cığırlar açmaqda davam edəcək.

Sərhəddəki insidentlər, yəni Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması ilə Qarabağ İqtisadi Zonasındakı hadisələr arasında paralellik təşkil edən güclü bir əlaqə mövcuddur.

Azərbaycan sərhəddəki hərəkətliliyini Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zolağında olan ərazilərə baxışla tutuşdurur və Bakının davranışları bu iki nöqteyi-nəzərlə birlikdə inkişaf edir.

Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna (Gorus-Xankəndi yolu) alternativ marşrutun Azərbaycan hissəsindəki işlərin yekunlaşması ərəfəsində Laçın şəhərindəki ermənilər oranı tərk edirlər. Bununla da yaxın zamanlarda Azərbaycan Laçın şəhərinə də tam nəzarəti bərpa edəcək.

İndi növbə Ermənistandadır, İrəvan Laçın yolunun öz hissəsinə düşən yolu inşa etməlidir, əks təqdirdə Qarabağda yaşayan erməni əhalinin mənəvi qeydinə belə qalmaqdan çəkindiyini rəsmən etiraf etmiş olar.

Bunu artıq elə Azərbaycanın Qarabağ ərazisində özlərinə məskən salmış ermənilər də anlayırlar, bir az da ənənəvi erməni bicliyi ilə Azərbaycan dövlətindən yardım istəyən müraciətlərə imza atılır.

Proseslərin məcrası göstərir ki, alternativ yol Laçın dəhlizi məntiqini aradan qaldırır. Əgər həmin yol tam şəkildə istifadəyə verilsə, bunun dəhliz rejimində fəaliyyət göstərəcəyi inandırıcı fikir kimi səslənmir.

Bu o deməkdir ki, Ermənistan danışıqlarda Laçın yolunun dəhliz məntiqindən imtinasına razılıq verib, amma Zəngəzur koridoru barədə “dirəniş” göstərir.

Hərçənd ki, Zəngəzur dəhlizinin dəhliz parametrləri ilə istifadəyə verilməsinə qarşı çıxmaq üçün İrəvanın əlində imkanları yoxdur. Özünün resurslarının yoxluğunu bir kənara qoyaq, ona Zəngəzur koridorunun açılması üçün Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qərb də təzyiq edir, İran isə təzyiq xəttindən kənarda qalsa da, perspektiv dəhlizin iqtisadi faydalarını hesablamaqdadır.

Azərbaycanın cızdığı sərhədin hüdudları təkcə Şərqi Zəngəzur bölgəsi ilə məhdudlaşmır, dövlət Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Naxçıvan istiqamətlərində də özünün hərbi mövqelərini bərkidərək İrəvana güc nümayiş etdirir.

Rusiyanın regiondakı addım səslərinə gəlincə, bunu Bakının maraqlarına ciddi təhdid yetişdirmək kimi qiymətləndirmək yanlışdır.

Kremlin ayaq səsləri Azərbaycanın maraqlarına tam olmasa da, cavab verir. Məsələni anlamaq üçün iki informasiyaya diqqət çəkmək lazımdır:

1. Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində ikinci blokpost tikir;

2. Rusiya sülhməramlı qüvvələri Zəngəzur-Ağarak yolunu nəzarətə götürüblər.

Birinci məqam üzrə: Rusiya ötən il mayın əvvəlindən etibarən Ermənistandakı 102-ci bazasının bir neçə bölməsini Zəngəzura köçürmüşdü. Bundan sonra isə proseslər Azərbaycanın xeyrinə vüsət aldı və Bakı özünün gücünü sərhəddə nümayiş etdirərək əhəmiyyətli strateji yüksəkliklərdə möhkəmləndi.

Qazaxın işğal altında olan Əskipara kəndinə gəlincə, 2021-ci ilin avqustundan etibarən Rusiya qoşunları orada xidmət aparır. Bu dəfə isə Rusiya hərbçilərinin xidməti güclənir, məqsəd Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında Rusiyanın vasitəçiliyini artırmaqdır, Ermənistanı qorumaq deyil.

İkinci məqam üzrə: Ermənistan mətbuatının iddiasına əsasən, Rusiya sülhməramlıları Zəngəzur-Ağarak yolundan keçən avtomobilləri yoxlayırlar. Bu da Azərbaycanla Rusiya arasında olan anlaşmanın bir hissəsi kimi şərh edilməlidir.

NƏTİCƏ:

Azərbaycanla Ermənistan yeni danışıqlara hazırlaşırlar, Bakı isə növbəti təmaslara qədər sərhəddə və Qarabağ iqtisadi zonasında həmlələrini davam etdirəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib