azadses.az » Siyasət » Oljas Süleymenov: "Azərbaycan torpaqlarının azad olunacağına inanıram"

Oljas Süleymenov: "Azərbaycan torpaqlarının azad olunacağına inanıram"

Qazaxıstanın tanınmış yazıçısı, ictimai xadim, diplomat, Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə mükafatlandırılmış Oljas Süleymenov Azərbaycan xalqına müraciət edib.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, yazıçı bu tarixi günlərdə Azərbaycanın yanında olduğunu bildirib:

“Bu yaxınlarda Moskvadan gələn bir jurnalist mənimlə söhbət etdi. Sual verməzdən əvvəl qayıtdı ki, siz əlbəttə ki, Azərbaycanın tərəfindəsiniz. Dedim Azərbaycan futbol komandası deyil ki, onun tərəfdarı olum. Azərbaycan mənim doğma ölkəmdir, qardaş xalqdır. Bu böyük xalqın təəssübünü çəkirəmsə, bunu ürəkdən, səmimi qəlbdən çəkirəm. Vaxtilə, hələ sovet dövründə Bakıda, Gəncədə, Şuşada, Füzulidə gözəl günlərimiz olub. O vaxtlar oralara sərbəst gedib-gəlmək olurdu. İndi də orada baş verənlərdən xəbərim var. 30 ildir hamımız bu ağrı-acılarla yaşayırıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən başlayan faciələr hamımızı kədərləndirir. Qara Yanvar günlərində də orada olmuşdum”.

O.Süleymenovun fikrincə, bu gün baş verənlər ATƏT-in Minsk qrupunun səriştəsizliyinin nəticəsidir: “Əfsuslar olsun ki, bu 30 il ərzində onlar heç bir iş görmədilər. Ona görə də Azərbaycan məcbur olub özü torpaqlarını azad etməyə başladı. Gəncəyə raket atıldığını eşidəndə, sözsüz ki, çox narahat oldum. Bu, qəti qadağan olunan hücumdur, xalis təxribat əməlidir. Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur”.

Daha sonra qazaxıstanlı yazıçı qeyd edib:

“Ümidvaram ki, 30 ildir işğal altında olan torpaqlar azad olunacaq. Həmçinin Minsk qrupunun da Azərbaycanın öz torpaqları uğrundakı bu mübarizəsinə, öz gücü ilə azad etməsinə layiqincə qiymət verəcəyinə inanıram. Doğma Azərbaycana uğurlar, torpaqlarına əmin-amanlıq arzulayıram. Azərbaycan xalqına sevgimi, rəğbətimi bildirir, sülh və əmin-amanlıq, işıqlı günlər diləyirəm”.(report.az)
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib