azadses.az » Siyasət » “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil” - Hulusi Akar

“Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil” - Hulusi Akar

“Dağlıq Qarabağda münaqişənin ədalətli həllini illərlə tapa bilməyən ölkələr tərəfindən atəşin dayandırılması ilə bağlı çağırışlar səmimi deyil və inamdan uzaqdır”.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə cümə günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsi zonasında atəşkəs barədə çağırışını şərh edərkən bildirib.
Türkiyənin Milli Müdafiə naziri xatırladıb ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı 30 ildir davam edir. Bir milyondan artıq qaçqın və məcburi köçkün hələ də öz doğma evlərinə qayıtmasını gözləyir.
Erməni işğalı dövründə Azərbaycanın 20 min sakini qətlə yetirilib, beş min nəfərin aqibəti məlum deyil. “Xocalı qətliamı yaddaşımızda öz yerini qorumaqdadır”, - deyə Akar bildirib.
“Azərbaycanın bütün səylərinə və beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapmayıb. Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirərək beynəlxalq hüquq normalarına məhəl qoymayıb. Eyni zamanda, bir sıra ölkələr “mənə toxunmayan ilan min il yaşasın” prinsipi ilə hərəkət edirlər və bununla da Yerevanın cinayətlərinə etinasızlıq göstərirlər. ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının azad edilməsi üçün heç bir addım atmayıb. Əksinə, vasitəçilər Azərbaycanı torpaqlarının işğalı fikrinə alışmağa məcbur etməyə, status-kvonu baş vermiş fakt etməyə çalışıblar. Bütün bunlar Yerevanın əl-qolunu açıb, yeni təxribatlar və gərginlik üçün şərait yaradıb”, - deyə nazir qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə doğma torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizədə qardaş Azərbaycanı sonadək dəstəkləyəcək.
Akarın sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları fonunda Yerevan yenidən dünya ictimaiyyətinə yalan məlumat vermək üçün köhnə taktikaya əl atıb. “Ermənistanda Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Türkiyə hərbi aviasiyasının iştirak etdiyini bildiriblər. Bu qara təbliğat Cənubi Qafqaz reallıqlarını təhrif etmək məqsədi daşıyır”, - deyə nazir bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib