azadses.az » Siyasət » Siyavuş Novruzovdan Bakıda yaşayan ermənilərlə bağlı sensasion açıqlama: “Araşdırma aparılır”

Siyavuş Novruzovdan Bakıda yaşayan ermənilərlə bağlı sensasion açıqlama: “Araşdırma aparılır”

“Azərbaycanda ”beşinci kolon", təbii ki, var və bu, məni də narahat edir".
 
Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bunu açıqlamasında deyib.
 
Hakim partiyanın təmsilçisi qeyd etdi ki, hazırda o, mühüm bir məsələ ilə bağlı araşdırmalar aparır: “Uzun illərdir deyilir ki, Azərbaycan paytaxtında 30 mindən artıq erməni yaşayır.  Birinin arvadı, birinin qaynanası, digərinin nənəsi ermənidir. Bu gün sosial şəbəkələrdə anti-dövlət, antixalq, antimillət fikirlər yayan, xalqı aşağılayan fikirlərin böyük əksəriyyəti həmin adamlara məxsusdur”.  S.Novruzov qeyd edib ki, söhbət çox ciddi təhlükədən gedir: “Bunlar artıq ölkəmizin altında olan bir bombadır. Həmin şəxslər həm ayrı-ayrı dairələrə informasiya ötürür, həm bu və ya digər şəkildə dövlət strukturlarına soxulmaq, orda fəaliyyət göstərmək istəyir və fəaliyyət göstərənlər də var. Xaricdə oturan, ”sapı özümüzdən olan baltalar" ki var, onların əksəriyyətini yoxlasan, qanında erməni qarışığı olduğu aydınlaşar".
 
Komitə sədri hesab edir ki, bunlarla mübarizə və  həmin şəxsləri ifşa hər kəsin işi olmalıdır: “Hər bir vətəndaş bunlarla mübarizə aparmalıdır”.  S.Novruzov  dedi ki, hələ illər öncə Bakıda 30 min erməninin yaşadığı məlum idi: “İndi onların övladları, nəvə-nəticələri var, familiyalarını dəyişiblər, yaşayırlar. Bu yaxınlarda Sabunçu rayonunda bir nəfər mənim çıxışımla əlaqədar status yazmışdı. Dedim mən bu adamı tanımıram, bu da məni tanımır, axı, bu, kimdir, nəçidir? Onunla bağlı ciddi araşdırma apardım. Araşdırdım ki, bu adamın anası ermənidir. Xalası məhkəmələrin birində işləyir, hakimdir. Familiyasını dəyişib, bir dənə Elyenora adını saxlayıb, artıq kimliyi bəllidir. Onun mənimlə mübarizədə məqsədi mənimlə mübarizə deyildi, erməni-Azərbaycan münasibətidir”.
 
S.Novruzov bildirdi ki, hələlik Bakıdakı ermənilər bizimlə sosial şəbəkələrdə döyüşürlər: “Hələ ki, üzə çıxa bilmirlər. Amma mən hesab edirəm ki, onlarla çox ciddi şəkildə mübarizə aparmaq lazımdır. İndi doğrudan da hüquq-mühafizə orqanları çox gözəl işləyir, təhlükəsizlik xidməti yerindədir və yüksək səviyyədə fəaliyyət göstərir, Daxili İşlər Nazirliyi, digər strukturlar hər biri. Amma bu qurumlara dəstək lazımdır. Təkcə həmin qurumların fəaliyyəti ilə kifayətlənmək olmaz, vətəndaşlarımızın hər biri belə ünsürlərə qarşı mübarizə aparmalıdır. Məsələn, Gəncədə qonşudurlar, bilir ki, qonşu ermənidir. Baba deyir ki, qonşunun nənəsi ermənidir. Bunları bilirlər və ifşa etmək, ortaya çıxartmaq lazımdır.
 
YAP-çı deputat əlavə etdi ki, ayrı-ayrı dövlət qurumlarında da müvafiq araşdırmalar aparmaq lazımdır: “Araşdırma aparıb tapa bilərik ki, dövlət qurumlarında kimdir informasiyaları ötürən, bu işlərlə məşğul olan. İstər Bakıda, istər rayonda, istər kənddə yaşayan belə adamların əsl-kökünün kimliyi araşdırılmalıdır. Ən azı onun yeddi arxa dönənini tanıyanlar var. O baxımdan da vətəndaşların üzərinə dövlətçiliyin qorunmasında mühüm vəzifələr düşür”. “Yeni Müsavat”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu