azadses.az » Siyasət » Ermənistanda dərin siyasi və iqtisadi böhran hökm sürür

Ermənistanda dərin siyasi və iqtisadi böhran hökm sürür

“Cənab Prezidentin faşizmi təbliğ edən və məkrli siyasət yürüdən Ermənistana səsləndirdiyi fikirlər tamamilə doğrudur. Bu gün Ermənistanın daxilində dərin siyasi böhran hökm sürür”. Bu fikirləri “AzadSəs - ə açıqlamasında YAP Gənclər birliyinin üzvü Hüseyn Qurbanov deyib. YAP Gənclər birliyinin üzvü bildirib ki, gün keçdikcə böhran daha da dərinləşir. Xüsusən pandemiya dövründə Ermənistan xalqının nə cür əziyyət çəkdiyini bütün dünya ictimaiyyəti görür: “Gündəlik virusa yoluxanların və ölənlərin sayı Azərbaycandan çoxdur. Düşmən ölkədə pandemiya ilə bağlı durum gərgindir. Təkcə koronavirus deyil,  pandemiya başlamamışdan qabaq da Ermənistanda dərin siyasi böhran hökm sürürdü. İqtisadi böhran da günü-gündən dərinləşir. Bu gün Ermənistan müxtəlif fondların onlara ayırdıqları və dilənərək aldıqları kreditlər hesabına həyatda qalmağa çalışırlar”.   Yap- resmisi qeyd edib ki, dövlətimiz xüsusən pandemiya dövründə ilk olaraq vətəndaşlarının sağlamlığını düşündü. İqtisadi və digər amillər ikinci plana salındı: “Cənab Prezident tərəfindən 3.5 milyard manat həcmində ayrılmış sosial paket aztəminatlı ailələrin pandemiya dövründə çətinlik çəkməməsi üçün idi. Bütün bunlar vətəndaşlara olan diqqət və qayğının göstəricisidir. Aprel-may aylarında 190 manatın verildi, bu məbləğin sonra yenidən ayrıldı, özəl sektorda çalışan vətəndaşların əmək haqqı dövlət büdcəsi hesabına ödənildi. Həmçinin 900 mindən çox dövlət sektorunda çalışanların əmək haqqının verilməsi, 90 mindən çox ictimai iş yerlərinin yaradılması, 12 mindən çox ailələrin özünüməşğulluq proqramına qoşulması, 300 mindən çox sahibkara dövlət dəstəyinin verilməsi, yeni klinkaların açılması, 10 modul tipli xəstəxanadan artıq 5-nin istifadəyə verilməsi, onu göstərir ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların dayanıqlı və davamlı olması bir nümunədir. Pandemiya dövründə dövlət vətəndaşlarının yanında oldu”. Hüseyn Qurbanov vurğulayıb ki, Azərbaycanla Ermənistan heç vaxt müqayisə oluna bilməz: “Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Dövlətimiz Asiya ilə qərbi birləşdirən, yeni logistika mərkəzinə çevrilən, enerji bazarında öz sözünü deyən bir ölkədir. Azərbaycan həmçinin qüdrətli orduya malikdir. İstənilən parametrdə Azərbaycan Ermənistanla müqayisə oluna bilməz. Prezidentin rəhbərliyi altında dövlətimiz uğurlu bir yol keçib. Ermənistanda cənab Prezidentin çıxışına hansısa qüvvələrin cavab verməsi Paşinyanın ətrafında olan və onun kimi sərsəm bəyənatlarla çıxış edən qruplaşmanın işidir. Yaxşı bilirik ki, Ermənistan xalqı bu günkü rejimdən məmnun deyil. Dəfələrlə müxtəlif aksiya və çağırışlar edilir. Nikol Paşinyan hansısa qüvvələrin alətinə çevrilib. Erməni xalqı Paşinyanın sərsəm və yalan bəyənatlarından bezib. Görürlər ki, Paşinyan Ermənistanı daha da tənəzzülə aparır. Məhz bu səbəbdən ölkəmizə qarşı olan iddialar Paşinyanın ətrafında formalaşan qruplaşmanın yalançı bəyənatıdır”. H.Qurbanob vurğulayıb ki, dünya aləmi cənab Prezidentin çağırışlarını yüksək dəyərləndirir: “Prezidentin lider kimi dünya ölkələri arasında nüfuzu böyükdür. Bütün dünya ölkələri koronavirusa qarşı mübarizə aparır. Cənab Preizdent BMT-yə çağırış etdi və bu çağırışı 130-dan çox ölkə dəstəklədi. Yeganə ölkə Ermənistandır ki, faşizm siyasətini ortaya qoyub çağırışın əleyhinə çıxdı”. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib