azadses.az » Siyasət » Dövlət qurumlarımızın sosial şəbəkələrlə bağlı yanlış mövqeyi

Dövlət qurumlarımızın sosial şəbəkələrlə bağlı yanlış mövqeyi

Son zamanlarda dövlətimizə qarşı edilən təxribat xarakterli hücumlar və bunun fonunda baş verən hadisələrin aşkara çıxardığı bir çox mühüm məqamlar oldu. Bu məqamlardan biri də, bizim, cəmiyyət və toplum olaraq dövlətimizə qarşı açılan virtual cəbhəni, onun episentrində duran sosial şəbəkələri və oradan bizə gələ biləcək təhlükələri lazımi şəkildə dəyərləndirməməyimizlə bağlıdır.
Bu gün demək olar ki, çoxlarından “sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib” kimi şablon xarakterli fikirləri eşidirik. Əksəriyyətimiz bunu ciddiyə almayıb, ümumi bir fikir kimi qəbul etsək də, sosial şəbəkələr hər şeyi ciddiyə alaraq bütün mənfi və müsbət cəhətləri ilə həyatımızı zəbt etməkdədir. Ən xoşagəlməz tərəfi isə odur ki, istifadəçilərinin əhatə dairəsi gəncləşmə mərhələsini başa vurub, artıq sürətlə azyaşlı uşaqlar arasında prioritet məşğuliyyət növünə çevrilən sosial şəbəkələrə cəmiyyətimizdə, xüsusilə də bir çox dövlət qurumları tərəfindən adekvat münasibət sərgilənmir. Əsrlər boyu dövlətlər arasında müharibə meydanlarında gedən, sonradan iqtisadi platformaya keçid edən və daha çox müqəddəratı bu cəbhədə müəyyən olunan gərgin mübarizə prosesində, hazırda informasiya cəbhəsinin rolu sürətlə artmaqdadır. Bu sistemin ən münbit və güclü təsirə malik olan hissəsi qeyd etdiyim kimi sosial media, xüsusilə də sosial şəbəkələrdir. Real statistikaya görə bu gün, bütün cəmiyyətlərdə olduğu kimi bizdə də, 15 yaşdan 65 yaşa qədər olan insanlarımızın mütləq əksəriyyəti bu və ya digər sosial şəbəkənin istifadəçisidir. Sadə bir riyazi hesablama nəticəsində, söhbətin virtual bir məkanda da olsa, say baxımından başqa heç bir platformada reallaşdırılması mümkün olmayan böyük bir ordudan getdiyinin şahidi oluruq. Azərbaycan dövlətinin və xaqlının maraqları naminə həmişə vahidliyini və birliyini nümayiş etdirən xalqımızın, virtual platformada da dövlətçiliyimizin qorunması uğrunda hər an birləşəcəyi şübhəsizdir.
Təsadüfi deyil ki, bu ilin 20 iyul tarixində xalqımıza müraciət edən Birinci vitse-prezident sosial şəbəkələrin və informasiya müharibələrinin təhlükəliliyi, onların hadisələrin gedişatına təsiri ilə bağlı önəmini qeyd edərək bildirmişdir: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında”.
Bu müraciətin edilməsində əsas məqsədlərdən biri də, real döyüşdə qəhrəman övladlarımızın mətinliyi və məğrurluğu qarşısında imkanları tükənən düşmənlərimizin, diqqətləri yayındırıb bizə qarşı virtual cəbhə aça biləcəklərini insanlarımıza çatdırmaqla bağlıdır. Bu cür mənfur addıma qarşı daim hazır olmağımız üçün, cəmiyyət və toplum olaraq vahid orqanizm şəklində hərəkət etməyimiz mütləqdir. Təbii ki, niyyət baxımından dünyanın harasında olmasından asılı olmayaraq vətəndaşılarımızın və soydaşlarımızın mütləq əksəriyyəti bu məsələdə eyni düşüncəni paylaşır. Sadəcə bir çox dövlət qurumlarımızın və onların rəhbərlərinin bu məsələ ilə bağlı tutduğu mövqe yanlışdır. Yanlışlıq ondan ibarətdir ki, bu qurumların tabeçiliklərində fəaliyyət göstərən və hər birinin bu vətənin potensial əsgəri hesab olunduğu on minlərlə əməkdaşlarının sosial şəbəkələrdə mövcudluqlarına qeyri-rəsmi də olsa qadağalar mövcuddur. Bu qadağaların qeyri ciddi məşğuliyyət və ya səmərəsiz vaxt itkisi amilləri ilə əsalandırılmasına baxmayaraq, bunu düzgün hesab etmirəm. Çünki, nəticədə əhatə dairəsi çox geniş olan həmin şəxslərin sosial mediaya girişini tam məhdudlaşdırmaq mümkün olmasa
da, onların sosial şəbəkələrin passiv iştirakçıları olmalarına şərait yaranır. Bununla da, say baxımından özümüzü çox böyük miqyasda virtual əsgərdən məhrum etməklə, əslində bu cəbhədə meydanı təxribatçılar və düşmənlərimiz üçün genişləndirmiş oluruq.
Ölkənin Birinci vitse-prezidentinin müraciətində də vurğulandığı kimi, bu gün Azərbaycan dövləti təkcə hərbçilərimizin hər an döyüşə hazır olduğu cəbhədə deyil, həm də ölkəmizə qarşı açılan virtual cəbhədə də, müharibə şəraitindədir. Və bu cəbhə, heç də digərindən az təhlükəli deyildir. Bu gün Azərbaycanımızın mövqeyini müdafiə etmək kimi öhdəliyə malik olan hər bir vətəndaşımız, dövlət qurumlarında, hüquq mühafizə orqanlarında və digər sahələrdə fəaliyyət göstərməsindən asılı olmayaraq doğal vəzifəsini layiqincə yerinə yetirmək üçün hər an və hər yerdə mübarizə aparmalıdır. Məlum müraciətdə də deyildiyi kimi, “nəinki döyüş meydanında, həm də kompüter qarşısında”. Bunun üçün də bütün dövlət qurumları və onların rəhbər şəxsləri əməkdaşlarını sosial şəbəkələrdə düşmənlərdən və təxribatçılardan tam fərqli olaraq, şəxsiyyətləri məlum şəkildə aktiv olmağa və virtual platformada da dövlətimizə xidmət etməyə nəinki şərait yaratmalı, hətta onları buna sövq etməlidirlər.
Politoloq Xəyal Bəşirov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu