azadses.az » Siyasət » Deputatlar Mirşahinə cavab verdi – Uşaq pulu mübahisəsi böyüyür

Deputatlar Mirşahinə cavab verdi – Uşaq pulu mübahisəsi böyüyür

“Uşaq pulu verilməlidir”.
Busaat.az xəbər verir ki, bu sözləri REAL TV-nin rəhbəri Mirşahin Ağayevin deputatları tənqid edərək, indiki şəraitdə onlardan bəzilərinin uşaq pulu məsələsini qaldırması əleyhinə çıxmasına münasibət bildirərkən Milli Məclisin deputatı Aqil Abbas deyib:
 
“Onun nə dedikləri barədə dəqiq məlumatın yoxdur. Ona görə də bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi geriləmə var. Əksər yerlər bağlanıb, işsizlik artıb, insanlar işləyə bilmir. Biz də deputat olaraq çalışırıq ki, bu fonda iqtisadiyyatımızı necə qaldıraq, pandemiyadan necə qurtaraq. Bunu hamı bilir. Amma bununla belə, fikrimcə, uşaq pulu da verilməlidir.
“Deputat öz seçicilərinin fikrini deyir”
Bunu isə sayta açıqlamasında deputat Elman Məmmədov deyib:
 
“Bu məsələdə hər kəsin, deputatın, digər insanların, vəzifəli və vəzifəsi olmayanın özünəməxsus fikirləri var. Heç kimi söylədiyi fikrə görə qınamaq olmaz. Hər kəs öz bildiyi kimi fikirləşir. Uşaq pulunun verilməsi məsələsinin qaldırılmasında qəbahətli bir şey görmürəm. Təbii ki, deputatlar da bu fikirləri özündən ortaya ataraq demir. Deputat deyirsə ki, çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi məqsədəuyğundur, deməli millət vəkili seçicilərinin fikrini söyləyir. Yəni, deputata seçiciləri tərəfindən həmin istiqamətdə təkliflər olunub”.
 
“Uşaq pulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilsin”.
Bu fikirləri söyləyən deputat Fazil Mustafa isə ümumən REAL TV rəhbərinin açıqlamaları ilə razıdır:
 
“Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.(sfera.az)
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu