azadses.az » Siyasət » Erməni təxribatı yanğın və dağıntılara səbəb oldu

Erməni təxribatı yanğın və dağıntılara səbəb oldu

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək  Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini - döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir. 
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) ''Azad Səs''-ə verilən məlumata görə, ümumilikdə, qeyd edilən dövrdə 21 fərdi yaşayış evi, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, habelə, qəbiristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın hadisəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri səfərbər edilib. Qeyd edilməlidir ki, bir sıra hallarda yanğın baş vermiş ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə operativ müdaxiləsi mümkün olmayıb.
 
Bundan əlavə, xəsarət almış 9 nəfər və 2 cəsəd düşmənin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, əhalinin fövqəladə hallara hazırlığı məqsədilə Nazirlik tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarına dair mütəmadi maarifləndirmə işləri aparılır. Ümumtəhsil, orta ixtisas və ali təhsil, tibb, istehsalat, turizm və digər müəssisələrdə, habelə KİV və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri sayəsində fövqəladə hallarla bağlı müvafiq davranış vərdişlərinin formalaşması təmin olunur. Həmçinin, əhalinin mülki müdafiə sahəsində hazırlığı və maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən mülki müdafiə kursları və məşğələləri təşkil edilir, kompleks mülki müdafiə təlimləri, cəbhəboyu zonalarda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri və digər tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu