MN: Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır
- 7-10-2020, 12:47
- Siyasət
“Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində fəaliyyət göstərir, ancaq Ermənistan ərazisindən bizim ərazilər atəşə tutulur”.
Azad Səs “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.
“Vəzifəmiz Ermənistanın Azərbaycana qarşı belə təxribat xarakterli hərəkətlər həyata keçirmək arzusundan əl çəkməsi üçün bu əməliyyatı ən qısa zamanda başa çatdırmaqdır”, - o bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən atəş açılması məsələsi rəsmi Yerevana təzyiqlərin artırılması yolu ilə həll edilməlidir.
Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.