azadses.az » Siyasət » Səfir: Azərbaycan “yaşıl” enerjiyə keçid sahəsində Meksika ilə təcrübə mübadiləsində maraqlıdır

Səfir: Azərbaycan “yaşıl” enerjiyə keçid sahəsində Meksika ilə təcrübə mübadiləsində maraqlıdır

Azərbaycan Meksika ilə “yaşıl” enerjiyə keçid sahəsində təcrübə mübadiləsində, eləcə də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “El Economista” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan həm də Meksika ilə investisiya və ticarət sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.

“İki ölkə parlamentləri arasında açıq dialoq və əməkdaşlığa baxmayaraq, mövcud potensialı nəzərə alaraq, iqtisadi sahədə artım üçün hələ də imkanlar var. Səfirliyin əsas vəzifələrindən biri Azərbaycan və Meksika sahibkarları arasında qarşılıqlı əlaqə kanallarının yaradılmasıdır”, - səfir vurğulayıb.

M.Talıbov qeyd edib ki, həra hansı bir Meksika şirkəti Mərkəzi Asiya, Avropa, Türkiyə və ya Rusiya bazarlarına çıxmaq istəsə, bunu Azərbaycan vasitəsilə, ölkədən qovşaq kimi istifadə edərək həyata keçirə bilər. Bundan əlavə, kənd təsərrüfatı, texnologiya və ya çip istehsalı sahələrində mübadilə yaradıla bilər.

Diplomat xatırladıb ki, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində regional liderdir və “yaşıl” enerjiyə keçid sahəsində təcrübəsini Meksika ilə bölüşə bilər.

“Avropa İttifaqının bir neçə ölkəsi ilə anlaşma memorandumları imzalamışıq və “yaşıl” enerjinin Avropaya ixracı layihəsini həyata keçiririk. Azərbaycanın “yaşıl” enerji - külək və günəş enerjisi üzrə böyük potensialı var”, - səfir vurğulayıb.

M.Talıbovun sözlərinə görə, Azərbaycan və Meksika arasında turist axını artıb, lakin turizm əlaqələrinin inkişafı potensialını nəzərə alaraq lazımi səviyyəyə çatmayıb. O əlavə edib ki, meksikalılar asanlıqla elektron viza əldə edə və Azərbaycanın müxtəlif turizm infrastrukturu ilə tanış ola bilərlər.

Sonda səfir vurğulayıb ki, nəqliyyat və enerji marşrutlarının kəsişməsində strateji mövqe tutan Azərbaycan Cənubi Qafqaz kimi perspektivli regionda Meksika üçün əsas tərəfdaş ola bilər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib