azadses.az » İqtisadiyyat » Ruslan Talıbov: "Azərbaycan Türkiyə fintexlərinə postsovet ölkələrinə çıxış təmin edəcək"

Ruslan Talıbov: "Azərbaycan Türkiyə fintexlərinə postsovet ölkələrinə çıxış təmin edəcək"

Azərbaycan bazarı və bu bazarın timsalında postsovet ölkələrin bazarları Türkiyə fintexləri üçün kifayət qədər maraq kəsb edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bazarı Türkiyə fintexlərinə postsovet ölkələri bazarlarına çıxış təmin edəcək:

"Eləcə də Azərbaycan fintexləri üçün Türkiyə bazarı xüsusi əhəmiyyət kəsb edir. Çünki hansısa regional və qlobal oyunçulara çevrilmək istəyən şirkətlər məhz bu formada, yəni Türkiyə bazarının təcrübəsindən istifadə edərək digər qlobal bazarlara açılmağa hazır olacaqlar".

R.Talıbov bu ilin birinci yarısında dünyada fintex sahəsində təqribən 52 milyard ABŞ dolları məbləğində investisiya edildiyini deyib:

"Bu sahədə 2 154 sövdələşmə baş tutub. Qlobal olaraq fintex sahəsinin inkişaf drayverləri daha çox dünyada baş verən əlaqəlilik (connectivity), datanın saxlanılmasının daha ucuz başa gəlməsi, informasiya assimmetriyasının nisbətən azalması və tranzaksiya xərclərinin aşağı düşməsidir. Dünyada fintex sahəsində əhəmiyyətli məsələlərdən biri də onun gətirdiyi risklərdir. Bu riskləri nəzərə almaq üçün dünyada və regionumuzda addımlar atılır".

O qeyd edib ki, ölkəmizdə də bu sahədə dayanıqlılığı təmin etmək üçün Mərkəzi Bank sektor oyunçuları ilə birgə addımlar atır:

"Bunlardan biri də iyul ayında yeni qanunun qəbulu oldu. Bu qanun fintexlərin nəinki nəzarət-tənzimləmə çərçivəsini müəyyən etdi, həmçinin onlara ənənəvi yalnız bankların göstərdiyi xidmətləri də göstərməyə imkan yaratdı. Yeni qanun çərçivəsində artıq fintexlər özləri pul köçürmələri ilə məşğul ola, elektron pul təşkilatları hüquqi və fiziki şəxslərə ödəniş hesabları açıb xidmət göstərə, iki aylıq ödəniş xidmətləri üçün 50 manat kredit verə biləcəklər.

Mərkəzi Bankın atdığı digər önəmli addım "sandbox" rejimi oldu. Bu, bir çox qabaqcıl ölkələrdə tətbiq edilir. Mərkəzi Bankın nəzarətində istənilən fintex şirkəti müraciət edərək istənilən innovativ məhsulu test edə biləcəklər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib