Siyavuş Novruzov TÖHMƏT almasından danışdı: "Qoy yayılsın..." (VİDEO)
- 22-08-2020, 13:31
- Siyasət
“Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu haqda danışmaq istəmirəm, sağ olun”.
Bu sözləri Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq müllət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.