Fəzail Ağamalı: "Siyavuş Novruzov qadağalara riayət etməyib"
- 22-08-2020, 12:19
- Manset
“Sosial şəbəkələrdə, saytlarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı xeyli informasiyalar yayılıb. Onun da cavabı hamıya bəllidir. Çox təəsüf edirəm ki, Siyavuş Novruzov jurnalistlərin suallarına aqressiv cavab verib”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Siyavuş Novruzovun həmin toyda iştirak etməsi bir neçə baxımdan qəbuledilən deyil: “Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri kimi toyların, yasların, kütləvi tədbirlərin keçirilməsinin ölkə miqyasında qadağan olunmasını bildiyi halda bu tələbə riayət etməyib. Əslində biz deputatlar, yüksək səviyyəli məmurlar, cəmiyyətdə tanınan insanlar hərəkət və davranışları ilə həmişə nümunə göstərməlidirlər. Ancaq Siyavuş Novruzov bu qaydanı pozub. Mən təəssüf hissi keçirirəm ki, bu addımı atıb”.
F.Ağamalı bildirib ki, Siyavuş Novruzovun bu addımı cəmiyyətdə qınaq hədəfinə çevrilib: “Ortada təbii ki, qanunazidd addım var. Bu məsələ parlamentin rəhbərliyi səviyyəsində nəzərə alınacaq. Bu məsələyə diqqət yetiriləcək. Rəhbərlik hansı qərarı qəbul etsə, bu başadüşülən olacaq. Əgər belə bir məsələnin İntizam Komissiyasında müzakirə olunması məqbul hesab edilsə, biz buna baxacağıq”.