azadses.az » Siyasət » Regionda hərəkətlənmə: Tarixi qələbəmiz separatizmdən əziyyət çəkən ölkələri ruhlandırıb - “Kaspi”nin TƏHLİLİ

Regionda hərəkətlənmə: Tarixi qələbəmiz separatizmdən əziyyət çəkən ölkələri ruhlandırıb - “Kaspi”nin TƏHLİLİ

Tarixi qələbəmiz postsovet məkanında ciddi rezonans doğurmaqla yanaşı, separatizmdən əziyyət çəkən ölkələri də bu bəladan qurtulmağa ümidləndirib. Artıq Moldova, Ukrayna və Gürcüstan kimi ölkələr ərazi bütövlüklərinin bərpası istiqamətində aktiv fəaliyyətə keçiblər.

Üç il əvvəl Azərbaycan cəmi 44 gün sürən müharibə ilə tək torpaqlarını işğaldan azad edib suverenliyini, ərazi bütövlüyünü bərpa etməyib, həm də tarixi qələbəsi ilə postsovet məkanın tarixini də dəyişmiş olub. Qələbə ilə 30 illik erməni işğalına son qoyulub və Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünya hərb tarixində görünməmiş sürətlə işğalçı dövlətin nəzarət etdiyi torpaqları azad edib. Ən mühümü odur ki, otuz ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış dörd qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdırıb. 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərlə 200 illik erməni separatizminə son qoyulmaqla ilkə imza atılıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Gürcüstan Azərbaycandan çox şey öyrənə bilər

Bu tarixi nailiyyət postsovet məkanında ciddi rezonans doğurmaqla yanaşı, separatizmdən əziyyət çəkən ölkələri də bu bəladan qurtulmağa ümidləndirib. Artıq Moldova, Ukrayna və Gürcüstan kimi ölkələr ərazi bütövlüklərinin bərpası istiqamətində aktiv fəaliyyətə keçiblər.

Yaxın Şərq və Qafqazın Tədqiqi İnstitutunun direktoru Vasili Papava deyir ki, Azərbaycanın qələbəsi regiondakı digər separatçıları da qorxuya salıb: “Separatçı qüvvələr gördülər ki, gec-tez ədalət öz yerini tapacaq və öz məqsədlərinə çata bilməyəcəklər. Gürcüstan da Azərbaycandan nümunə götürməli, işğal faktının ölkə daxilində və beynəlxalq aləmdə unudulmasına imkan verməməlidir”.

Politoloq Badri Naçkebia isə vurğulayır ki, cəbhə xəttindəki uğurlar tək Azərbaycan ordusunun deyil, həm də Azərbaycan diplomatiyasının qələbəsidir: “Azərbaycan çoxvektorlu xarici siyasət yeritməklə, inkişaf etməklə, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi. Azərbaycandan fərqli olaraq ,Gürcüstan daha ciddi etnik problemlərlə üzləşib və bu, ovaxtkı Gürcüstan hakimiyyətinin zəif xarici siyasəti və diplomatiyası ilə bağlı olub. İnanıram ki, Gürcüstan Azərbaycandan, xüsusən də xarici siyasət məsələlərində çox şey öyrənə bilər”.
Moldovanın da şansı azdır

Moldovaya gəldikdə, bu ölkə artıq xeyli müddətdir ərazisində qanunsuz yaradılmış Dnestryanı bölgəni ləğv etmək istiqamətində aktiv fəaliyyət göstərsə də, səyləri nəticəsiz qalır. Ukraynada gedən müharibə fonunda bu ölkədə anti-Rusiya xarakterli çıxışlar artıb. Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan Kişineu neytral mövqe tutub. Ölkə anti-Rusiya sanksiyalarına qoşulmayıb və eyni zamanda, ikili təyinatlı məhsul kimi şərh edilə bilən malların öz ərazisindən keçməsinə icazə vermir və Tiraspolla birbaşa təmaslarını davam etdirir. Maraqlıdır ki, Kişineunun belə mövqeyi ABŞ də daxil olmaqla, Qərb dövlətləri tərəfindən dəstəklənib. Xatırladaq ki, Moldova ilə tanınmamış “Dnestryanı Moldova Respublikası” (Kişineu qəti şəkildə bu adı tanımır) arasında münaqişə 1992-ci ildən dondurulub və hələ də həllini tapmayıb. Münaqişənin silahlı mərhələsi 1992-ci il avqustun 1-də başa çatıb. Hazırda münaqişə zonasında təhlükəsizliyi Rusiya, Moldova Respublikası, Dnestryanı bölgənin hərbi kontingentləri və Ukraynadan (müharibə başlayandan sonra geri çağırılmış) hərbi müşahidəçilərin daxil olduğu birgə sülhməramlı qüvvələr təmin edir. Çoxsaylı danışıqlar zamanı Dnestryanı ərazinin statusu ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Münaqişə tərəfləri arasında münasibətlər gərgin olaraq qalır. Moldova tərəfi dəfələrlə Rusiya qoşunlarının bölgədən çıxarılmasını tələb edib.

Ukraynadakı müharibə hələ davam edəcək

Bu illər ərzində separatizmdən əziyyət çəkən ölkələr sırasına daha bir dövlət də daxil olub - Ukrayna. 2014-cü ildə ərazisində Donetsk, Luqansk kimi qondarma qurumlar yaradılıb. Hazırda da bu ərazilərdə qanlı döyüşlər gedir. Hadisələrin axarı onu deməyə əsas verir ki, bu regionda müharibə hələ uzun müddət davam edəcək.

Ukrayna Ali Radasının deputatı Yuri Kamelçukun sözlərinə görə, rəsmi Kiyev ərazi bütövlüyünün bərpası məsələsində Bakının üsullarından istifadə edə bilər. O qeyd edib ki, üçtərəfli bəynatın imzalanmasından sonra regionda təxribatlar davam edib, informasiya mübarizəsi güclənib, buna görə də Bakı qətiyyətli addımlara əl atmalı olub. Ukraynalı deputat hesab edir ki, bu cür nümunələr əraziləri işğal altında olan digər ölkələr üçün də ilham mənbəyidir. “Eyni model Donbasın azad edilməsi üçün də istifadə oluna bilər - baxmayaraq ki, hərbi baxımdan burada vəziyyət daha mürəkkəbdir”.

Görünən odur ki, postsovet məkanında Azərbaycan hələ uzun müddət separatizmə son qoyan yeganə ölkə kimi qalacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?