azadses.az » Siyasət » İki yüz illik tarixi gedişatı dəyişən lider - Qarabağ zəfəri gələcək nəsillərə ismarış oldu

İki yüz illik tarixi gedişatı dəyişən lider - Qarabağ zəfəri gələcək nəsillərə ismarış oldu

“Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun Qarabağda qazandığı tarixi zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycanın gələcəyinə və gələcək nəsillərə ismarış oldu”.

Bunu “Report”a açıqlamasında, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlı deyib.

O xatırladıb ki, işğala məruz qalmaq, torpaq itkisi hər bir xalqın siyasi, sosial-iqtisadi və etno-mədəni həyatına ciddi zərbə vurmaqla yanaşı, mənəvi-psixoloji dünyagörüşündə də olduqca dərin izlər buraxır: “Təəssüflər olsun ki, qədim dövlətçilik ənənələrinə və böyük tarixi keçmişə sahib olan, böyük imperiyalar yaradan Azərbaycan xalqı da XIX əsrin ilk onilliklərində bu acı həqiqətlə üz-üzə qaldı”.

Onun sözlərinə görə, XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud müstəmləkə rejiminin bütün qadağalarına rəğmən, milli dövlətçilik prosesində çox ciddi addımlar da atılıb. Məhz bunun nəticəsində Azərbaycanın Xalq Cümhuriyyəti (AXC) xadimləri və milli ziyalıları 1918-ci ilin may ayının 28-də türk-müsəlman dünyasında ilk respublika olan Azərbaycan Cümhuriyyətini elan etdilər: “AXC-nin qorunub saxlanmasında və beynəlxalq aləmdə tanınması üçün ölüm-dirim mübarizəsi aparan cümhuriyyət qurucuları, təəssüf ki, bölgədə əleyhimizə baş verən gerçək siyasi vəziyyəti, böyük güclərin təzyiqini, ilk milli dövlətimizin mövcudluğunun qorunmasını və digər ərazilərinin təhlükəsizliyini nəzərə alaraq qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv/km. torpaqla birlikdə ermənilərə güzəştə getmək məcburiyyətində qaldı. 23 ay müddətində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal edilməsi (1920-ci il) Azərbaycan torpaqlarının ilhaq edilməsinə münbit şərait yaratdı”.

M.Ağalarlı bildirib ki, Sovet Rusiyası tərəfindən tarix boyu dövlətçilik ənənələri olmayan, yalnız XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində qurulan erməni dövlətinə, davamlı olaraq torpaqlarımız “hədiyyə” olunmağa başlayıb: “1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin və əhalinin rəyi öyrənilmədən Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxardı. Zəngəzur bölgəsinin Ermənistana verilməsi isə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunub. Moskvanın təkidi və təzyiqi ilə qəbul olunan bu qərar nəticəsində Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi Ermənistana verilib. 1929-cu ildə məşhur Nüvədi və daha 11 Azərbaycan kəndi Ermənistana verilib və bununla da Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olan “Ermənistan” dövləti yaradılıb. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilib, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılıb. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Azərbaycanın tarixi ərazilərinin illər keçdikdə müxtəlif bəhanələrlə Ermənistana birləşdirilməsi prosesinin qarşısı yalnız 1969-cu ildən sonra alındı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə Ermənistana bir qarış belə torpaq verilməyib”.2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atmasına cavab olaraq müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr-red) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünü həyata keçirdi. Azərbaycan Ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti ilə Azərbaycan dövləti 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Dağlıq Qarabağ və ətraf əraziləri erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi”, - deyə alim əlavə edib.

O, vurğulayıb ki, eyni zamanda bu qələbə ilə uzun illər Cənubi Qafqazda və işğal olunmuş Qarabağ bölgəsində kök salmış erməni terrorizminə də ağır zərbə vuruldu: "2023-cü ilin sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni separatizminin və terrorçu birliklərinin birdəfəlik kökünün kəsilməsi məqsədilə həyata keçirilən antiterror tədbirləri 23 saat 43 dəqiqə müddətində böyük uğurla başa çatdı. Bu qələbə ilə Azərbaycan Respublikası II Qarabağ savaşında qazandığı tarixi qələbə ilə bərpa etdiyi ərazi bütövlüyü üzərinə yeni bir qələbə də əlavə edərək bütün Azərbaycan hüdudları çərçivəsində öz suverenliyini tam şəkildə bərpa etmiş oldu".

M.Ağalarlı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun müzəffər ordusunun Qarabağda qazandığı bu tarixi zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycanın gələcəyinə və gələcək nəsillərə bir ismarış oldu: “Hələ Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında dünya azərbaycanlılarına müraciətlə - “Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır”- ismarışı və Prezident İlham Əliyevin II Qarabağ Müharibəsindən sonra söylədiyi “Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər” ifadəsi tarixi torpaqlarımızın geri qaytarılmasında, Azərbaycan adlı tarixi siyasi coğrafiyanın bütövləşməsində dünya azərbaycanlılarına bir səslənişdir”.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?