azadses.az » Manset » "İlham Əliyevin qətiyyəti hesabına “DQR” layihəsini birdəfəlik tarixin zibilliyinə göndərdik" - RƏY

"İlham Əliyevin qətiyyəti hesabına “DQR” layihəsini birdəfəlik tarixin zibilliyinə göndərdik" - RƏY

“Müstəqil dövlətimizin gücü və qüdrəti, Ali Baş Komandanımızın qətiyyəti və strateji qərarları hesabına “Dağlıq Qarabağ Respublikası” layihəsini birdəfəlik və həmişəlik tarixin zibilliyinə göndərdik”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O söyləyib ki, Azərbaycan ərazisində dövlətçiliyimizin əsaslarını laxlatmaq üçün yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” (DQR) ləğv edilməsi mühüm əhəmiyyətli tarixi hadisədir: “Çünki belə bir qurumun yaradılmasının 200 illik siyasi-ideoloji, 100 illik isə siyasi-hüquqi əsasları vardı. Bu əsaslar Azərbaycanı daima təzyiq altında saxlamaq, itaət etmədikdə onu cəzalandırmaq və daha da kiçiltmək üçün yaradılmış xüsusi strateji layihə əsasında formalaşdırılmışdı”.

Deputat xatırladıb ki, 1828-ci ildən sonra Azərbaycanın ərazisinə, xüsusən onun Türkiyə ilə sərhəd qərb hissəsinə Yaxın Şərqdən və İrandan ermənilərin köçürülməsi Azərbaycan ərazisində Ermənistan adlı süni dövlətin yaradılması ilə başa çatdırıldı. Eyni zamanda, 1923-cü ildə Azərbaycan ərazisində daima münaqişə ocağı kimi “DQR” yaradıldı: “Elə bunların nəticəsi idi ki, 30 il torpaqlarımız işğal altında qaldı. Hazırda isə Zəngəzur dəhlizi, Qərbi Azərbaycan problemlərini yaşayırıq. Ancaq Azərbaycan Müzəffər Ali Baş Komandanımızın və onun qurduğu güclü ordumuzun sayəsində Azərbaycanı parçalayaraq onu Cənubi Qafqazın siyasi coğrafiyasından silmək istəyənlərin 200 illik planlarını cəmi 44 gündə darmadağın etdi. 2020-ci il sentyabr ayının 27-də başlayan tarixi zəfərimiz 2023-cü il sentyabr ayının 20-də hər qarış ərazimizdə suverenliyimizin bərpası ilə sona çatdı”.

O vurğulayıb ki, bu tarixi-siyasi marafon dövlətçilik tariximizə əbədi zəfər kimi yazılıb: “Bu tarixi zəfərimizin hərbi-siyasi memarı isə Prezident İlham Əliyevdir. Hələ 1923-cü ildə heç bir etno-mədəni və sosial-iqtisadi zərurət olmadan Azərbaycan ərazisində “DQR” adlı qurumun yaradılması xüsusi məqsədlə edilmişdi. Bu dövlətçiliyimizin təməlləri altına qoyulmuş uzunmüddətli mina idi. Onu nə vaxt partlatmağın vaxtını isə Azərbaycana öz müstəmləkəsi gözü ilə baxan imperiya bilirdi. Nəhayət, əliqanlı Mixail Qorbaçov 1991-ci ildə hesab etdi ki, bu minanı partlatmağın vaxtı çatıb. Qarabağ münaqişəsi adlandırılan etnik separatçılıq hadisəsi də elə o vaxtdan başladı”.

H.Babaoğlu qeyd edib ki, az qala bütün dünyanın dəstəklədiyi bu anti-Azərbaycan layihəsi 30 il davam etdi: “Bu prosesdə daha 7 rayonumuzu itirdik. Beynəlxalq hüququn nə qədər tutarsız, beynəlxalq münasibətlər sisteminin və siyasətin nə qədər iki üzlü olduğunu öyrəndik. Ancaq bütün bunlara baxmayaraq sonda müstəqil dövlətimizin gücü və qüdrəti, Ali Baş Komandanımızın qətiyyəti və strateji qərarları hesabına “DQR” layihəsini birdəfəlik və həmişəlik tarixin arxivinə göndərdik. Xalqımızı və gələcək nəsillərimizi əcdadımızdan bizə miras qalan bu ağır yükdən xilas etdik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?