azadses.az » Siyasət » Ramil Usubov: “Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb”

Ramil Usubov: “Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb”

"Cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır".

 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrilib:

 

28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu və bu proses inamla davam edir: "Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Mən 17 il ərzində görülən işlərin detalları barədə danışmağa, prosesin geniş təfərrüatını açıqlamağa lüzum görmürəm. Bunların bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur - hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də elə hər gün Prezidentin qələbə "tvit”lərində görür, qürurlanırıq".

 

"Ordumuzun dəqiqliklə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hər birimizdə həm də böyük minnətdarlıq hissi doğurur. Məsələ burasındadır ki, xalqımız ən azından son iki yüzillikdə işğal olunmuş, zəbt edilmiş torpaqlarını belə geniş ərazidə, həm də bu qədər qısa zamanda geri qaytara, tarixi ədaləti öz gücü, iradəsi və öz imkanları ilə bərpa edə bilməyib. Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb, onilliklər boyu qüdrətli havadarlarına arxalanaraq təcavüzkar əməllərini arxayınlıqla, cəza almadan həyata keçirən, Xocalı qətliamı kimi bəşəri cinayətə imza atan, həm də bunu heç vaxt gizlətməyən düşmənə belə şiddətli zərbə endirib yerində oturtmayıb.

 

Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk və artıq işğalçı Ermənistan indiyədək törətdiyi cinayətlərə görə layiqli cavabını alır. İllər öncə Ümummilli Liderimizin vəd etdiyi Qələbə sevinci ilə xalqımızı bu gün qüdrətli Sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız müjdələyir", - deyə o əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu