azadses.az » Siyasət » Azərbaycanın diaspor təşkilatının rəhbəri fransalı senatorlara müraciət edib - FOTO

Azərbaycanın diaspor təşkilatının rəhbəri fransalı senatorlara müraciət edib - FOTO

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) altı senatorun Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsi ilə bağlı bu ölkənin dövlət başçısına və Senatına müraciət edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Assosiasiyanın prezidenti Jerom Lamberin adından Fransa Prezidenti Emmanuel Makrona və senatorlara ünvanlanan müraciətdə bildirilib ki, noyabrın 15-də Fransa ilə Azərbaycan arasında münasibətlərə dair qətnamədən danışılacaq.

O, senatorları iki ölkə arasında çətinliklər yaradacaq bu qətnaməni qəbul etməməyə çağırıb:

“Sizdən yenə də xahiş edirik ki, son otuz ildə Ermənistan və Azərbaycan arasında münaqişəyə Fransa hökumətini cəlb etməyəcək rəsmi mövqe nümayiş etdirəsiniz”.

J.Lamber bu mövqeyini qətnamənin mətninin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətə tamamilə cavab vermədiyi, hətta son aylarda baş verən təkamüllərlə ziddiyyət təşkil etməsi ilə izah edib. Xatırladıb ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyib, Fransa erməni işğalını qınayan bütün qətnamələrə səs verib. İki il öncə isə öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə edən Azərbaycan qonşu Ermənistanın 30 illik işğalına son qoyub.

Nəzərə çatdırılıb ki, indiyədək beynəlxalq birlik Azərbaycanı əsla qınamayıb, hazırda Qarabağ bölgəsində vəziyyət sabitdir, Emmanuel Makron isə son aylarda dəfələrlə etiraf edib ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Lakin 2020-ci ilin noyabrında imzalanan üztərəfli razılaşmadan sonra Azərbaycanın sülh və normallaşma münasibətlərinin yaranması istiqamətində ciddi səylərinə baxmayaraq, indiki durum Ermənistanın milliyyətçi ekstremist dairələrinin xoşuna gəlmir və onlar yeni insidentlərin törədilməsinə çalışırlar.

ADA prezidenti hesab edir ki, törədilən təxribatlar, sərhədyanı ərazilərdə minaların basdırılmasının davam etdirilməsi, Üçtərəfli Bəyanata və razılaşmalara zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, bu ərazidə rabitə və nəqliyyat kommunikasiyalarının açılmasından imtina edilməsi qəbuledilməzdir.

Bu cür ekstremist qüvvələrin erməni diasporundan estafet aldıqlarını, Fransadakı bəzi senatorları inandırmaq üsulları tapdıqlarını təəssüflə vurğulayan ADA prezidenti bildirib ki, bu, istər beynəlxalq hüquq, istərsə də sülhün və ölkələrarası normal münasibətlərin qurulması baxımından yersiz təşəbbüsdür:

“Çünki Fransa bütün xalqlarla ünsiyyət qurmalıdır. Təəssüf ki, milli ərazimizdə mövcud olan nüfuzlu fransız icmasının bəzi erməni əsilli nümayəndələrinin “intiqam” arzusu var. Lakin bu, Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara ziddir. Fransa və Avropa İttifaqı, təbii ki, erməni diasporundakı ekstremistlərin manevrləri üzündən, deyəsən, danışıqlar aparan tərəf kimi mövqe tutmaq legitimliyini itiriblər”.

J.Lamber xəbərdarlıq edib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar irəliləməkdədir:

“Bu yaxınlarda Praqa və Soçidə Ermənistan və Azərbaycan liderləri birgə bəyanatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar! Bu o deməkdir ki, sizə təqdim olunan “fərman” mövcud vəziyyəti əks etdirmir”.

Bildirib ki, qətnamə layuhəsinin qəbulu hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə, ölkəni bu ərazilərin, onların tarixlərinin və qarşılıqlı əlaqədə olmağa çağırdığı xalqların mürəkkəb reallıqlarından bir az təcrid edə bilər. Halbuki Fransa bu xalqlarla qarşılıqlı münasibətlərə uyğun hərəkət etməli, Avropanın sərhədləri yaxınlığında və bir çox sivilizasiyaların kəsişməsində mövcud olan bu regionda təsir etmək imkanlarını yaradacaq ən yaxşı ruh yüksəkliyini qoruyub saxlaya bilməlidir.

Müraciətin sonunda J.Lamber senatorları reallığı və mövcud vəziyyəti əks etdirməyən retroqrad qətnaməyə səs verməməyə çağırıb:

“Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdırlar. Tam əksinə fəaliyyət göstərməlidir”.

Qeyd edək ki, müxtəlif dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının koordinasiya şuraları da bu müraciətə qoşulub.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu