azadses.az » Siyasət » Roland Bicamov: “Azərbaycan həmişə olduğu kimi Türkiyəni dəstəkləyəcək”

Roland Bicamov: “Azərbaycan həmişə olduğu kimi Türkiyəni dəstəkləyəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənub sərhədlərində təhlükəsizliyi təmin etmək üçün Türkiyənin Suriyada hərbi əməliyyatları davam etdirmək əzmində olduğunu bir daha təsdiqləyib. Ankaranın əsas məqsədi “təhlükəsizlik kəməri” yaratmaqdır. Dəməşq artıq kürd birləşmələri ilə Suriya hökumətinin yaxınlaşmasına imkan yaradaraq, Türkiyənin əməliyyatına qarşı çıxacaqlarını bəyan edib.

Türkiyənin tərəfdaşları da fikirlərini ifadə ediblər. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Ankaranın Suriyadakı çətin vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının sərhədyanı rayonlarından milli təhlükəsizliyə təhdidlərlə bağlı Türkiyənin narahatlığını başa düşdüklərini qeyd edib. Öz növbəsində ABŞ dövlət katibi Entoni Blinken də vurğulayıb ki, Türkiyənin Suriyaya yeni hücumu regional sabitliyi pozacaq.

ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyənin Suriyada ABŞ-ın müttəfiqi sayılan kürdlərə qarşı əməliyyat keçirməyə hazırlaşması ilə çox ciddi vəziyyət yaranıb. Ankara geri çəkilməyəcək, lakin ABŞ müttəfiqi olan kürd hərbi birləşmələrini dəstəkləməyə bilməz. Digər tərəfdən, Türkiyənin Suriya hökumətini dəstəkləyən Rusiya ilə çətin münasibətləri var. Bəs öz növbəsində Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın bu vəziyyətdə rolu nədən ibarətdir?

Oxu.Az regiondakı vəziyyəti dəyərləndirmək üçün tanınmış rusiyalı şərqşünas alim, siyasi elmlər namizədi Roland Bicamova müraciət edib:

- İlk növbədə, bütün bu vəziyyətdə, bu ziddiyyət dolaşıqlığında mənə əsas görünən şeyi vurğulamaq istəyirəm. Ankaranın genişmiqyaslı əməliyyata başlayıb-başlamayacağı məsələsi arxa plana keçir. Çünki Türkiyənin qüvvətli regional güc olaraq istədiyi siyasi nəticəni əldə etmək üçün sadəcə olaraq gördüyü təhlükəni qeyd etməsi kifayətdir. Bundan əlavə, çox şey iyunun 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Ankarada keçiriləcək görüşdən və ümumiyyətlə, hərbçilərin də daxil olduğu Rusiya nümayəndə heyətinin səfərinin nəticələrindən asılı olacaq. Rusiya və Türkiyə rəhbərliyi arasında koordinasiya olacaq.

Bu, sadə məsələ deyil, çünki əvvəllər açıqlanan memorandumlar işləmədi. Ancaq bu başa düşüləndir, çünki razılaşmaların praktiki icrası reallıq divarına çırpılırdı. Amma bu da çox vacibdir, hər halda Suriyada Türkiyə ilə Rusiya arasında əməkdaşlıq və koordinasiya davam edir. Eyni zamanda Türkiyə oyunu amerikalı müttəfiqləri ilə də aparır. Yəni, Ankaranın nəzərə aldığı maraqlar balansı var. Ən əsası, Türkiyə strateji təhlükəsizliyi ilə bağlı məsələləri həll edir. Tamamilə qanuni türk maraqları var, Türkiyə sərhədlərini, təhlükəsizliyini qoruyur. Eyni zamanda Ankara Suriyanın ərazi bütövlüyünə qəsd etmədiyini vurğulayıb. ABŞ isə burada, bəlkə də hazırda Türkiyə üçün qıcıqlandırıcı faktordur.

Azərbaycana gəlincə, ölkəniz şübhəsiz ki, Türkiyə üçün strateji müttəfiq və tərəfdaşdır. Coğrafi baxımdan Azərbaycan Suriyadan aralıdır, ona görə də hesab edirəm ki, Suriya istiqamətində mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək. Lakin beynəlxalq platformalarda Bakı həmişə olduğu kimi Türkiyəni dəstəkləyəcək. Çox güman ki, Azərbaycan və Türkiyənin beynəlxalq səylərinin koordinasiyası olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar