azadses.az » Dünya » Taras Kuzio: “Nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyil”

Taras Kuzio: “Nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyil”

Tanınmış Qərb analitiki, Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın siyasi elmlər professoru, Con Hopkins Universiteti Xarici Siyasət İnstitutunun elmi əməkdaşı Taras Kuzio ABŞ-ın nüfuzlu mühafizəkar “The National Interest” jurnalında məqalə dərc edib. Məqalədə o, ABŞ-ı Cənubi Qafqazda və ümumilikdə Yaxın Şərqdə İran və Rusiyaya qarşı çəkisi olan İsraili, eləcə də Türkiyə, Azərbaycan və Pakistanı dəstəkləməyə çağırıb.

Ekspert İranın Azərbaycana qarşı aqressiv hərbi ritorikasının güclənməsinə belə reaksiya verib. Bəs ABŞ rəhbərliyi hətta Azərbaycanı olmasa belə, məsələn Türkiyəni (Vaşinqtonla Ankara arasındakı o qədər də sadə olmayan münasibətləri nəzərə alsaq) dəstəkləməyə nə dərəcədə hazırdır? Halbuki Türkiyə ilə Azərbaycan arasında ittifaq bağlanıb, Şuşa Bəyannaməsi imzalanıb.

Oxu.Az-a müsahibəsində professor Taras Kuzio ABŞ və Türkiyənin indiki demokratik idarəçiliyi arasında müəyyən gərginliyin olduğunu təsdiqləyib:

“Ancaq eyni zamanda, ABŞ-da bir çox başqa siyasətçi, ilk növbədə Respublikaçılar Partiyasının nümayəndələri var (Məlumdur ki, ABŞ-ın respublikaçı Prezidenti Donald Trampın dövründə Ankaranın Vaşinqtonla münasibətləri o qədər də gərgin deyildi ki, bunu Türkiyə rəhbərliyinin nümayəndələri də qeyd edirlər - red.). ABŞ ümumilikdə İrana qarşı son dərəcə tənqidi köklənib. Vaşinqton Tehranın hər hansı məğlubiyyətə uğramasına sevinərdi”.

“Eyni zamanda, Türkiyənin NATO ölkəsi olduğunu unutmamağa çağırıram. Vaşinqtonla Ankara arasında nə problem olursa-olsun, Türkiyəyə təhlükə yaranarsa, Alyans Türkiyə Cümhuriyyətini dəstəkləyəcək. Bu, tamamilə aydındır və heç bir şübhə doğurmur”, - deyə Taras Kuzio vurğulayıb.

- “The National Interest” jurnalında yazdığınız məqalədə, məğlubiyyəti ilə barışmaq istəməyən və “yayındırıcı manevr”dən - İranla Azərbaycan arasındakı gərginlikdən yararlanaraq Qarabağ müharibəsinə yenidən başlamaq üçün istifadə edə biləcək Ermənistanı xatırlatmısınız.

- Dərhal deyim ki, ermənilərin çoxu çətin ki, yeni müharibə istəyir. Ancaq bir çox siyasətçi keçənilki müharibədə məğlubiyyətlə barışmayıb. Bu hətta bir az erməni milli kimliyi məsələsidir. Onlar hesab edirlər ki, Şərqi Türkiyə də Ermənistanın bir hissəsidir. Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirəcək. Əgər sülh müqaviləsi yoxdursa, o zaman sərhədin rəsmi demarkasiyası olmayacaq; bu isə böyük problemdir.

Eyni zamanda düşünürəm ki, nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyillər. Bakının siyasəti, Azərbaycan-İran sərhədində nəzarəti ələ alması İİR-in xoşuna gəlmir. Rusiya isə yekun razılaşma istəmir, çünki onda sülhməramlı qüvvələrini Qarabağdan geri çəkmək məcburiyyətində qalacaq.

Nair Əliyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar