Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı
Bolqarıstanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Azadsəs.az” “Hürriyet”ə istinadən xəbər verir ki, səfirin çağırılmasına səbəb Türkiyənin guya Bolqarıstanda keçirilən prezident və parlament seçkilərinə müdaxilə etməsi ilə bağlı iddialar olub.
Bildirilir ki, noyabrın 14-ü Bolqarıstanda keçirilən seçkilərdən sonra ölkə Türkiyəni seçkilərə müdaxilə etməkdə və Bolqarıstanın daxili məsələlərinə qarışmaqda ittiham edib. Bununla yanaşı, Türkiyənin Sofiyadakı səfirinin Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılması Ankaranın etirazına səbəb olub.