azadses.az » Siyasət » Deputat: “Ermənistan Brüssel razılaşmasını pozmaq istəyir” - RƏY

Deputat: “Ermənistan Brüssel razılaşmasını pozmaq istəyir” - RƏY

“Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatı və bu ölkə rəsmilərinin davranışı onu göstərir ki, onlar Brüsseldə Azərbaycanla Ermənistanın əldə etdiyi razılığı pozmaq istəyirlər. Təəssüf ki, bu birinci dəfə deyil, artıq rəsmi İrəvanın siyasətində ənənəvi hal alıb. Ermənistan davamlı olaraq bu kimi addımlar atır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu da bir daha ona yönəlir ki, delimitasiya, demarkasiya prosesi pozulsun, birgə komissiya fəaliyyət göstərməsin və Azərbaycanla yekun sülh müqaviləsi imzalanmasın.

C.Məmmədov vurğulayıb ki, əgər Azərbaycanın başqa bir məqsədi olsaydı, Azərbaycan əsir düşmüş erməni əsgərlərini geri qaytarmazdı:

“Azərbaycan sülh prosesinə hazırlaşdığı bir dövrdə heç zaman atəşkəsi pozmayıb. Ümumiyyətlə, biz prosesi təhlil edəndə bunu görürük ki, atəşkəs davamlı olaraq Ermənistan tərəfindən pozulur. Görünür hər zaman olduğu kimi Ermənistanın siyasi rəhbərliyi yenidən danışıqları pozmaq qərarına gəlib. Yəni, burada bir neçə amil var. Birincisi, görünür Paşinyan müxalif qüvvələrin müqavimətini nəzərə almağa çalışır. Amma, əslində biz prosesi təhlil edəndə bugünkü müxalifətin müqavimətinin Ermənistan hökumətinin siyasətinə, yanaşmasına təsir edəcək qədər güclü olmadığının şahidi oluruq. Növbəti faktor xarici təsirlərlə bağlıdır. Amma bu amillərin heç biri ümumi prosesə təsir göstərməməli və onu dayandırmamalıdır”.

Deputat təəssüflə qeyd edib ki, Ermənistan XİN-in bəyanatları, Ermənistanın yanaşması təxribat xarakteri daşıyır və məqsədli şəkildə Azərbaycana qarşı təzyiqlərin artırılmasına cəhd xarakterli yanaşmalardır:

“Bütün hallarda bu proseslərdən ən çox əziyyət çəkən Ermənistan özü olacaq. Onlar bu kimi məsələlərə son qoymağa və konstruktiv mövqe nümayiş etdirməyə çalışmalıdırlar. Bu cür əsassız ittihamlarla, bu cür yanaşma və təfəkkürlə Ermənistan irəliyə gedə bilməz. Bunun ən çox əziyyətini də Ermənistan özü çəkəcək. Azərbaycan bu gün bölgədə nüfuzu olan bir dövlətdir. Ermənistan əgər uzun müddət iqtisadi blokadada qalmaq istəmirsə, bütün danışıqlara əməl etməli və bunu anlamalıdır ki, Azərbaycan növbəti 30 ildə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi üçün gözləməyəcək. Ermənistan mövqeyini müəyyənləşdirməlidir. Biz ya sülh prosesinə başlamalıyıq, ya da Azərbaycan məcburdur ki, digər vasitələrlə torpaqlarımızın işğaldan azad olunması üçün qərarlar qəbul etsin və addımlar atsın”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib