azadses.az » Siyasət » “Prezident parlamentin açılışındakı çıxışında Azərbaycanın inkişaf istiqamətlərini bəyan etdi”

“Prezident parlamentin açılışındakı çıxışında Azərbaycanın inkişaf istiqamətlərini bəyan etdi”

“Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında qarşımızdakı vəzifə və çağırışlara dair çıxışında Azərbaycanın bir dövlət olaraq gələcək inkişafının istiqamətlərini bəyan etdi. Ötən iki ildə həyata keçirilən hərtərəfli islahatlarla Azərbaycanın yaxın illərdə gedəcəyi yolun konturları müəyyən olunub. Fikrimcə, bunlardan ən mühümü iqtisadiyyatda qeyri-neft sektorunun payının artımı yönündə görülən işlərdir ki, biz bunun nəticəsini müstəqillik dövrümüzün ən iri dövlət büdcəsində gördük. Təbii ki, bu baxımdan biz kadr siyasətini, dövlət aparatının gəncləşməsi, mühüm vəzifələrə gənc kadrların təyinatını da qeyd etməliyik. Bütün bunlar cənab Prezidentin çıxışında bəyan olunmuşdu”.

Bu sözləri altıncı çağırış Milli Məclisin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşən deputat Elnur Allahverdiyev deyib.


Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev həmin çıxışında ayrıca olaraq Milli Məclisin, həmçinin deputatların fəaliyyəti ilə bağlı tövsiyyələrini də verdi: “Milli Məclisə seçkilərin vaxtından qabaq keçirilməsinin səbəbini dövlət başçısı reallaşdırılan islahatlar kontekstində izah edirdi. Çünki bu islahatlar dövlət idarəçiliyinin bütün spektrini əhatə etdiyi halda mütləq qanunverici orqanın fəaliyyətinə də toxunmalı idi. Məhz həmin il Vətən müharibəsinin baş verməsi, torpaqlarımızın azad olunması uğrunda mübarizəmiz bu islahatların labüd olduğunu qabarıq göstərdi”.

E.Allahverdiyev hesab edir ki, arxada qalan müddət ərzində parlament faktiki olaraq fövqəladə iş rejimində çalışıb. “Bu çağırış Milli Məclisin fəaliyyətə başlaması xatırlayırsınızsa, COVID-19 pandemiyasına təsadüf etdi. Bütün dünya kimi, Azərbaycanın da üz-üzə qaldığı qeyri-standart vəziyyət hökumətlə yanaşı parlamentin də fəaliyyətinə dəyişikliklər gətirdi. Bu dövr ərzində iqtisadiyyatın və ictimai həyatın pandemiyanın diqtə etdiyi reallıqlara uyğunlaşdırılması üçün Milli Məclisdə onlarla qanuna dəyişiklik edildi, yeni qanunlar qəbul olundu” – deyə millət vəkili vurğulayıb.
Deputatın fikrincə, altıncı çağırış Milli Məclis həm də parlament diplomatiyası istiqamətində yeni mərhələnin əsasını qoydu: “Milli Məclisdə xarici siyasət məsələləri ilə bağlı fəaliyyət göstərən komitə mövcuddur. Eyni zamanda, ayrı-ayrı dövlətlərlə dostluq qrupları fəaliyyətdədir. Bütün bunlar məcmu halda parlament diplomatiyasını təşkil edir. Ancaq bu çağırış Milli Məclisin xanım sədri Sahibə Qafarovanın rəhbərliyi ilə intensiv və məsuldar təmaslarla, xarici səfərlərlə parlament diplomatiyasının yeni mərhələsinin əsasını qoyub”. E.Allahverdiyev hesab edir ki, bu kontekstdə Milli Məclisin Vətən müharibəsi günlərində və sonrakı dövrdəki fəaliyyəti xüsusilə yaddaqalandır. “Milli Məclisin xarici siyasətlə əlaqəli bütün strukturlarının prosesə qoşulması, xarici dövlətlərin parlamentləri ilə, parlamentlərin təmsil olunduqları assambleyalarla sıx təmaslar ümumi qələbəmizə əsaslı töfhə idi. Bütün bunlar cənab Prezidentin 10 mart 2020-ci il tarixli çıxışında qanunverici orqanın qarşısında qoyulmuş vəzifələrdən irəli gəlirdi” – deyə millət vəkili bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu