azadses.az » Siyasət » "Artıq yeni reallıqlar var" - Cavid Osmanov

"Artıq yeni reallıqlar var" - Cavid Osmanov

"44 gün davam edən Vətən Müharibəsi və məlum 10 noyabr tarixli bəyanatla tanışıq. Artıq cənab prezident sərəncamla dünən bu tarixi Zəfər Günü elan etdi".
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
 Millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub: "Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın olmaqla, 3 rayon da döyüşsüz qaytarıldı. 1 dekabrdan sonra müharibə dövrü geridə qaldı. Mən düşünürəm ki, münaqişə tamamilə başa çatdı. Cənab prezidentimiz də bunu qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Gələcək illərdə yəqin ki, bu söz eşidilməyəcək. Tarixdən danışanda bu məsələyə toxunulacaqdır. Azərbaycan Vətən Müharibəsindən sonra imzalanan bəyanata uyğun olaraq, təkrar edirəm ki, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Cənab prezidentin dediyi kimi bu, hərbi-siyasi yolla tənzimlənir. Hərbi mərhələ geridə qaldı. Artıq dimplomatik mərhələ başlayır. Danışıqlar prosesinin əsas mövzusu iki icmanın mərhələli yerləşdirilməsinin həyata keçirilməsi olacaq. Ən vacib məqam budur. Bu, BMT-nin qaçqınlarla bağlı Ali Komisarlığının köməyi ilə həyata keçiriləcək. 1 dekabrdan sonrakı mərhələ sülh və əmin-amanlıq dönəmidir".
Cavid Osmanov həmçinin dəhlizlər məsələsinə də toxunub: "Naxçıvanla dəhlizin açılması, qardaş Türkiyə ilə quru yolun açılması həm də bölgə ölkələrinin kommunikasiya əlaqələri üçün vacibdir. Laçın dəhlizi ilə bağlı da cənab prezidentin çıxışında vurğulandı ki, 30 kilometrlik, sonra 10 kilometrlik dəhliz təklif olunsa da, biz bunun 5 kilometr olmasına razılaşdıq. Buranı bəyanatda göstərildiyi kimi Rusiya sülhməramlıları qoruyacaq. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi, post-müharibə dövrü başlayıb. Artıq yeni reallıqlar var. Bu reallığı da cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycan yaratdı".
Deputat Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı narahatlığa əsas olmadığını bildirib. Cavid Osmanovun sözlərinə görə, diplomatik mərhələ elə bu torpaqların taleyi ilə bağlıdır: "Burada heç bir narahatlığa ehtiyac yoxdur. Beynəlxalq səviyyədə qəbul olunmuş Azərbaycan əraziləridir. Buralar daim Azərbaycanın ərazisi olub. İndi də Azərbaycanındır. Bəyanata uyğun olaraq, bu ərazilərə hər hansı xüsusi status verilməyəcək. Sadəcə bir az vaxt lazımdır. Mərhələli şəkildə burada yaşayan iki icmanın sülh şəraitində birgəyaşayış çərçivəsində mövcudluğunu təmin etmək üçün. Bu torpaqlarda da Azərbaycan qanunları işləyəcək və inşallah ki, gələcək illərdə də Azərbaycan bayrağı dalğalanacaq".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib