azadses.az » Siyasət » Qaradağda “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirilib

Qaradağda “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirilib.

“Azadsəs.az” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü, 91-lərdən Tahir Məmmədov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın Cənubi Qafqaz regionunda bu gün əsas söz sahibi olduğunu qeyd edib.

Bildirib ki, Azərbaycanda qlobal lahiyələr reallaşır, müdafiə potensialı güclənir, beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir, elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan ölkəmiz dünyanın həlledici subyektləri sırasındadır. Uğurların nəticəsi olaraq, xalqımız dördüncü dəfə öz taleyini cənab İlham Əliyevə etibar etdiyini bildirdi.

Son 18 ildə ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, qeyri-neft sektoru genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır. Tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qüdrətini artırır. Milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paytaxtımız mötəbər beynəlxalq məclislərin mərkəzi hesab olunur, konfranslara ev sahibliyi edir. Prezidentimizin Qaradağ rayonuna həmişə səmimi münasibətini vurğulayaq onun siyasi fəaliyyətinin rayonumuzdan başladığını və buradan Milli Məclisə deputat seçildiyini, eyni zamanda 18 ildə rayonumuza 45 dəfə səfər etdiyini diqqətə çatdırıb.

Millət vəkili Aydın Hüseynov çıxışında qeyd edib ki, nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev qoymuş, onun uzaqgörən siyasi xətti respublikamızı ağır sınaqlardan çıxarmış, milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Ağır zəhməti və gərgin əməyi sayəsində yaranmış sabit mühit və tərəqqiyə gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir. Çıxışına davam edərək, prezidentimizin sayəsində ölkəmizdə inkişaf etdirilən iqtisadi islahatlardan geniş bəhs edib.

Millət vəkili Səbinə Xasayeva isə bildirib ki, İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nında gənclərə dövlət qayğısının artırılmasını təmin edir: “Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapıb. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin, milli-mənəvi dəyərlərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir”.
YAP Veteranlar Şurasının üzvü, 91-lərdən Tahir Məmmədov çıxışında cənab prezidentin Brüssel görüşlərindən bəhs edərək 44 günlük Vətən Müharibəsində hərbi qələbənin davamı olaraq siyasi qələbənin də əldə olunduğunu vurğulayıb.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev son 18 ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nəaliyyətlərdən ətraflı danışıb.

Növbəti çıxış edən İdarə rəisi Samir Həsənov rəhbərimizin prezidentlik dövrünü dönməz iradə, tükənməz enerji və şərəflə davam etdiyindən söz açdı. Verdiyi vədlərin hamısına peşəkarlıqla əməl etdiyini, möhkəm məntiqə söykənən idarəçilik fəaliyyətinin, hərtərəfli, böyük təcrübəsi və xeyirxah əməllərinin onun əzmkar bir siyasi lider olmasını diqqətə çatdırıb. Güc strukturlarının təkmilləşməsində, ordunun müdafiə qüdrətinin artırılmasında gördüyü böyük işlərdən bəhs edib.

Tədbiri rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov yekunlaşdıraraq tədbir iştirakçılarına təşəkkürünü bildirib.


]
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu