azadses.az » Mədəniyyət » Cavanşir Məmmədov: “Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?”

Cavanşir Məmmədov: “Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?”

“Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?  Bir ildir ki, nə toy var, nə də bir şadlıq! Millət acından ölür, bizim insanların bir çoxu toydan dolanır. Nəinki biz sənətçilərin, mebel dükanlarında işləyənlərin, şadlıq evlərində çalışanların, zərgərlərin, aşbazların, hətta avtomobil kirayə verənlərin də bir çoxunun qazancı toylardan çıxır. O gün eşitmişəm ki, Faiq Ağayev qarajını satır. Yaxşı, bu gün əlimizdəkiləri satıb qurtarsaq, bəs sabah nə edəcəyik? Bunu Mədəniyyət Nazirliyi, Sosial Müdafiə Fondu tənzimləməlidir! Çağırmalıdır müğənnini soruşmalıdır ki, 1 ildir toylar yoxdur, sən nə ilə dolanırsan? Nə problemin var? Bunu edən yoxdur!”
 
''Azad Səs'' xəbər verir ki, bunu əməkdar artist Cavanşir Məmmədov deyib. Sənətçi daha sonra əlavə edib.
 
“Millət vəkillərimizdən bir neçəsi çıxıb deyir ki, onlayn toy edin! Ay qardaş, sənə qurban kəsim, bu pul köçürmə deyil, gedib dükandan bazarlıq etmək deyil ki, deyəsən ki, pul ödədim, aldım. Bu nə dərəcədə doğrudur?! Toy və yas onlayn olmur! Əvvəl toyda 12-14 nəfər bir yerdə otururdusa, indi də 5-6 nəfər məsafəli şəkildə otura bilər. Üstəlik də toyda hamı bir yerdə oynamır ki. Maska taxdır camaata, dezinfeksiya məhlulları ilə hamını təmizlə və restoranları aç! Nəyə görə 146 milyonluq Rusiyada toy olur, Azərbaycanda olmur?!” deyə sənətçi etirazını bildirib.
 
Cavanşir Məmmədov fəxri ad ala bilməməsindən də şikayətlənib.
 
“Mən neçə ildir ki, “Əməkdar artist” fəxri adını daşıyıram. Əməkdar artisti Firuzə İbadova ilə 25 ildir duet ortağıyam. Hələ Qafqazda 25 il duet ortağı olan olmayıb! Cavanşir Məmmədov 16 ildir ki, “Əməkdar artist”-dir, 66 yaşı var, buna “Xalq artisti” fəxri adı nə vaxt verilməlidir? 16 il bir adam “Əməkdar artist” qalar? Özü də mənim kimi gündəmdə olan biri. Mən ulu öndər Heydər Əliyevin xeyir-duası ilə sənətə gəlmişəm və onun tapşırığı 16-17 dünya ölkəsinə xarici qastrol səfərlərinə getmişəm. Sənin elə müğənnin var ki, Moskvadan o yana çıxmayıb. Köhnə Mədəniyyət Nazirinə müraciət etmişdim, mənə cavab gəlmişdi ki, araşdırılmalıdır! Müğənnini araşdırırlar? Mən cinayət törətmişəm ki, araşdırılıram? Mən gündə televiziyadayam, araşdırmaq istəyirsənsə bir gün televizora bax, gör mən orada neynirəm! Eşitmişəm ki, yeni Mədəniyyət Nazirimiz deyib ki, fonoqram oxuyanlara niyə fəxri ad verirsiz? Fəxri ada layiq görülən sənətçilər bir daha qeydiyyatdan keçməlidir, özü də canlı ifa ilə” deyə müğənni bildirib.
 
Moderator.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib