azadses.az » Mədəniyyət » Xalq artistindən bahalaşmaya ETİRAZ

Xalq artistindən bahalaşmaya ETİRAZ

Xəbər verdiyimiz kimi, Tarif Şurasının iclasında Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 1 fevraldan içməli suyun qiyməti iki dəfə bahalaşıb.

Bu məsələ həm sosial şəbəkələrdə, həm əhali, həm də məşhurlar arasında heç də birmənalı qarşılanmadı.

Mövzu ilə bağlı fikirlərini bölüşən Xalq artisti Flora Kərimova bu qərara etiraz edib:

“Düz 80 yaşım var, artıq fikir etməkdən yorulmuşam. İkicanlı balamın ölmüşünə and içirəm, gecələr səhərə qədər yata bilmirəm. Fikirdən gözümə yuxu getmir ki, bu millət niyə belə oldu, niyə sürünür? Hanı bu millətin qüruru? Niyə yıxılan hər kəsə balta vururlar? Bir tərəfdən suyun qiymətini qaldırırlar, marketlərdə ərzağın qiymətini qaldırırlar. Sonra da deyirlər ki, bizdən razı olun”.

Sənətçi işsizlik, karantin müddətində bahalaşmanın məntiqə zidd olduğunu qeyd edib:

“Bir dəfə görmədim ki, hansısa məmur çıxıb desin ki, "yox, etməyək, belə etmək olmaz". Bu məntiqə ziddir, suyun qiyməti qalxsa, tarlalar yanacaq, ağaclar quruyacaq. Bunu kim düşünür? Camaat bu saat çalxalanır, indi bizə su lazım idi? Hamısını da yazırlar Prezidentin ünvanına. Bu layihələri məmurlar yazır, planlayır sonra da gətirib Prezidentin qarşısına qoyub başlayırlar dil tökməyə. İndiki dövrdə suyun qiymətini artırarlar?! Onsuz xəstəlik tüğyan edir, indi də yeni bir azar gəlir üstümüzə. Bir müddət əvvəl bunu dediyinə görə bir qadını tutmuşdular. Dedilər ki, sən niyə əhali arasında panika yaradırsan? Düz deyir də. Düz sözü dediyinə görə yazığı tutublar. Bəs sabah bəla gələndə o tutulan qadının üzünə necə baxacaqsınız? O xəstəlik var, düz deyir, mən də deyirəm. Gəlib məni də tutsunlar! Mən də həkiməm. Elə bilirsiniz ki, yerli qəzetlərinizdən başqa heç yeri oxumuram? Ya dünyadan xəbərim yoxdur? Bu xəstəlik haqqında dünya mətbuatı yazılar dərc edir. Bir gözünüzü açın dünyaya baxın! Siz isə bunu dediyinə görə kimisə tutursunuz. Bəs sabah həmin xəstəlik bizim yaxamızdan tutsa yaxşımı olacaq? Bu insanlara nə olub axı? Burunlarında kənarı niyə görmürlər? Karantini karantinə calayırlar. Övladlarım xaricdədir yanıma gələ bilmirlər. Hər səhər oyananda deyirəm ki, "Allahım, çox sağ ol, bu günü mənə bağışladın, sabahı da bağışla, bəlkə yollar açıldı, övladlarımı görə bildim". Mən artıq yorulmuşam. Həyatımdan yorulmuşam, sabah əcəl qapımı döysə "xoş gəlmisən" deyəcəm”.

Yenisabah.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib