"Porsche" 10 min avtomobili geri çağırır
Almaniyanın "Porsche" avtomobil şirkəti disklərində mərkəzi kilidi olan 10 mindən çox avtomobili geri çağırır.
Bu barədə Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, şirkət belə qənaətə gəlib ki, bəzi modellərdə düzgün bərkidilməmiş təkərlər onların sıradan çıxmasına səbəb ola bilər.
Nəşr bildirib ki, 2023-cü il sentyabrın 1-dən 2024-cü il oktyabrın 23-dək yığılmış "911", "718" və "Panamera" seriyalarının bəzi modelləri geri çağırılacaq.
Şirkətin avtomobil sahiblərinə etdiyi xəbərdarlıqda qeyd edilir ki, düzgün bərkidilməmiş təkərlər mərkəzi kilid qaykasının zədələnməsinə və ya hətta qırılmasına gətirib çıxara bilər. Nəticədə təkərlərin dayaqları zəifləyə bilər ki, bu da öz növbəsində yüksək sürətlə hərəkət zamanı təkərin sıradan çıxmasına və avtomobilin idarəetməsinin itirilməsinə, yekunda qəza baş verməsinə səbəb ola bilər.