“Tesla” 800 mindən artıq avtomobilini geri çağırır
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2017-2022-ci illərdə istehsal olunmuş 817 143 avtomobili təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq səhvinə görə geri çağıracaq.
Bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Hesabatda deyilir ki, bəzi 2021-2022-ci il “Model S” və “Model X”, 2017-2022-ci il “Model 3” və 2020-2022-ci il “Model Y” avtomobilləri geri çağırılmalıdır.
“Nəqliyyat vasitəsi işləyərkən və sürücü təhlükəsizlik kəməri taxmayanda siqnal işə düşməyə bilər”, - deyə açıqlamada bildirilir.
Hesabatda deyilir ki, “Tesla” səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq.
Mənbə: 1Prime.ru