azadses.az » Manset » Rusiyanın APEC-dəki nümayəndəsi oliqarx Deripaska müharibəni “dəlilik” adlandırıb

Rusiyanın APEC-dəki nümayəndəsi oliqarx Deripaska müharibəni “dəlilik” adlandırıb

Rusiyalı biznesmen Oleq Deripaska Yaponiyanın KİV-inə müsahibəsində Ukraynadakı müharibəni “dəlilik” adlandıraraq Rusiyanın hərbi xərclərini tənqid edib.

“Report” xəbər verir ki, bu barədə milyarder “Nikkei Asia”ya danışıb.

Deripaska nəşrə bildirib ki, “öz maraqlarını güdən” Asiya ölkələrinə ixrac etmək imkanı sanksiyalardan və Qərb ölkələri ilə iqtisadi əlaqələrin pozulmasından sonra “ticarət üçün, əlbəttə ki, xilasedici dairəyə” çevrilib.

O, Çinlə ticarətin “müharibənin başlanğıcında müəyyənedici amil” olduğunu bildirsə də, özü Rusiyada iqtisadi “çöküşün daha pis olacağını” güman etdiyini söyləyib. Tokioya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Məsləhət Şurasında iştirak etmək üçün Rusiyanın nümayəndəsi kimi uçduğunu deyən Deripaska vurğulayıb ki, ticarət Rusiya iqtisadiyyatını dəstəkləyib, lakin hərbi xərclər ona zərər verir. 2024-cü il büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 10,7 trilyon rublu (ÜDM-in təxminən 6 %-i) ötüb.

Nəşrə görə, Deripaska Ukraynadakı müharibəni “dəlilik” adlandırıb, həmçinin Rusiyanın hərbi xərclərini tənqid edib: “Müharibəni dayandırmaq istəyirsinizsə, əvvəlcə atəşi dayandırmalısınız”, – deyən iş adamı “dərhal, qeyd-şərtsiz atəşkəsə” çağırıb.

“Nikkei Asia” Deripaskanı “Putinə yaxın oliqarx” adlandırır. Jurnalistlər onun Rusiya Prezidenti ilə indiki münasibətinin necə olduğunu soruşduqda, iş adamı deyib: “Heç bir dəyişiklik yoxdur”.

“Onlar [Kreml] mənə toxunmur, biz də [iş adamları] siyasətə qarışmırıq”.

Qeyd edək ki, Oleq Deripaska Ukraynadakı müharibə haqqında bir neçə dəfə danışıb. Hələ 2022-ci ilin aprelində o, teleqram kanalında müharibəni “çılğınlıq” adlandırıb. “Financial Times” mənbələrə istinadən həmin il yazıb ki, Kreml iş adamından Ukraynadakı müharibəni tənqid etməyi dayandırmağı xahiş etdikdən sonra Rusiya məhkəmələri Deripaskanın 1 milyard dollarlıq aktivinə həbs qoyub. Daha sonra Deripaska deyib ki, “Ukraynanı məhv etmək böyük səhv olardı”.

2023-cü ilin sentyabrında “Financial Times”a verdiyi müsahibədə o, Rusiya və Ukraynanın müharibəni dayandırmalı olduğunu söyləyib, çünki, onun fikrincə, münaqişə tərəflərindən heç biri “bəyan edilmiş məqsədə” nail ola bilməyəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib