azadses.az » Dünya » Stoltenberq Ukraynanın Rusiya ərazisini vurmasını dəstəkləyib, lakin NATO-nun hər hansı iştirakına qarşıdır

Stoltenberq Ukraynanın Rusiya ərazisini vurmasını dəstəkləyib, lakin NATO-nun hər hansı iştirakına qarşıdır

Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirib.

Nəşrin qeyd etdiyi kimi, NATO baş katibləri adətən Alyansın ən böyük və ən mühüm üzvü olan Amerikanın siyasətini tənqid etmirlər. Lakin Stoltenberq bunu edib: birbaşa ABŞ-nin adını çəkmədən söhbətin kimdən getdiyini aydın göstərib.

“Müttəfiqlərin Ukraynaya bağışladıqları silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri ləğv edib-etməmək barədə düşünməyin vaxtı çatıb. Xüsusilə indi, Xarkov vilayətində, sərhədə yaxın ərazidə çoxlu döyüşlərin getdiyi vaxtda. Ukraynanın bu silahlardan Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı istifadəsinin yasaqlanması onların özlərini müdafiə etmələrini çox çətinləşdirir”, – Baş katib bildirib.

Stoltenberq rusiyalıların itkilərdən asılı olmayaraq sərhəd bölgəsində hücumlarını davam etdirəcəklərini və müəyyən ərazi qazancları əldə edəcəklərini vurğulayıb.

“Biz bunun nə olduğunu yadda saxlamalıyıq. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bura Rusiya ərazisindəki hədəfləri vurmaq da daxildir”, – deyə Stoltenberq təkid edib.

Eyni zamanda, Baş katib Avropa ölkələrinin silah tədarükü ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsini tənqid edib.

“Avropalı müttəfiqlər bir milyon artilleriya mərmisi vəd edib. Biz ondan əsər-əlamət görmədik”, – o söyləyib.

Bununla belə, Stoltenberq qeyd edib ki, NATO Rusiya ilə birbaşa qarşıdurmadan qaçınmalıdır. Eyni zamanda, o, silah tədarükü ilə hərbi əməliyyatlarda birbaşa iştirak arasında fərq gördüyünü vurğulayıb.

“Biz təlimlər keçiririk, Ukrayna üçün silah, sursat tədarük edirik, lakin NATO ərazisindən Ukrayna üzərində və ya onun ərazisindəki hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəyik, ona görə də bu, başqa məsələdir”, – o vurğulayıb və əlavə edib ki, NATO Ukraynaya qoşun göndərməyi nəzərdən keçirmir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib