Kanada və Yaponiyanın baş nazirləri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər
Kanadanın Baş naziri Castin Trüdo Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri Liderlərinin sammiti çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Görüş zamanı baş nazirlər Yaxın Şərqdəki münaqişəni, Şimali Koreyanın nüvə silahı proqramı və raket təhlükəsi kimi qlobal problemlərin həllində birgə işləməyə hazır olduqlarını bildiriblər.
Castin Trüdo Yaponiyanın G7-yə sədrliyi dövründə beynəlxalq qaydalara əsaslanan nizamın qorunmasına yönəlmiş liderlik və razılaşdırılmış fəaliyyətdəki rolunu yüksək qiymətləndirdi. Baş nazirlər öz prioritetlərini irəli sürmək üçün birgə işlərin davam etdirilməsinə dəstəklərini ifadə ediblər.
Hökumət başçıları ticarət, investisiya və innovasiya sahələrində ikitərəfli əlaqələri, eləcə də davamlı təchizat zəncirlərinin qurulmasının vacibliyini xatırladıblar.
Görüşdə həmçinin Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Baş nazirlər bildiriblər ki, prioritetlərə nail olmaq üçün birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirlər.