azadses.az » Manset » İrəvanın Moskvaya qarşı ikiüzlülüyü - Rusiyanın əyalətində qiyama hazırlıq - ŞƏRH

İrəvanın Moskvaya qarşı ikiüzlülüyü - Rusiyanın əyalətində qiyama hazırlıq - ŞƏRH

Az qala hər gün Ermənistanla Rusiya münasibətlərini gərginləşdirən hadisə baş verir. Bu, Rusiyanın Ermənistan adlı əyalətində, İrəvan quberniyasında Kremlə qarşı itaətsizlik, yaxud qiyamdır?

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Cənubi Qafqazdan “uzaqlaşır" açıqlaması, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətini tənqid etməsi tərəflər arasında narazılıqların göstəriciləri sayıla bilər. Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bir sıra sənədlərini ratifikasiya etməməsi də, heç şübhəsiz, Kremli qıcıqlandıran hadisələrdəndir.

Nikol Paşinyan bir sıra sənədləri ratifikasiya etməmələrinin və ona qoşulmamalarının səbəbini açıqlayıb: “Ermənistan ictimaiyyətində KTMT ilə bağlı dərin məyusluq yaranıb”. O, bunu İrəvanla KTMT arasında “böhran” olaraq qiymətləndirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Cənubi Qafqazın bir hissəsi olduğunu deməklə Paşinyanın açıqlamalarına cavab verib: “Biz baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə, tərk edə bilməz”.

Peskov Rusiya-Ermənistan münasibətləri ilə bağlı bir çox mətləbləri sətiraltı olaraq açıqlayır. Çünki Rusiya hərbi bazaları Cənubi Qafqazda yalnız Ermənistan ərazisindədir. 1996-cı il sentyabrın 27-də imzalanan hökumətlərarası müqaviləyə əsasən, Rusiyanın 102 saylı hərbi bazası 2044-cü ilədək Ermənistanda dislokasiya olacaq. Bundan başqa, Rusiya Baş Kəşfiyyat İdarəsi yanında sərhəd qoşunları Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini qoruyur. Habelə, Ermənistanın energetika (təbii qaz, neft və elektrik) sahələrinə Rusiya nəzarət edir. Bir sözlə, Ermənistan iqtisadiyyatı Moskvanın və rusiyalı erməni milyarderlərin əlindədir.

Paşinyandan sonra Rusiyaya qarşı çıxış estafeti Ermənistan parlamentinin sədri Alen Simonyana keçib. O da Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Onun cavabını isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib. Simonyanın iddiasına görə, Qarabağı Rusiya "blokada"da saxlayır.

Zaxarova onu "katibə" adlandıran Simonyana cavabı ilə Ermənistan parlamentinin sədrinə Rusiya açısından yerini vəzifəsini göstərib.

ABŞ-la Ermənistan arasında “Qartal-Tərəfdaş - 2023” adı altında sentyabrın 11-də keçirilməsi nəzərdə tutulan hərbi təlim Moskva-İrəvan münasibətlərində yaranan gərginliyi daha da artırıb. 10 gün davam edəcək təlimdə ABŞ-nin 85, Ermənistanın isə 175 hərbçisinin iştirakı planlaşdırılıb. Manevrin təşəbbüskarı ABŞ komandanlığıdır. Təlimlərdə məqsəd sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, o cümlədən, qoşunların döyüş hazırlığının artırılmasıdır. Dmitri Peskov bildirib ki, indiki şəraitdə belə xəbərlər narahatlıq yaradır.

Ehtimal etmək olar ki, bu hərbi tədbir vasitəsi ilə rəsmi İrəvan siyasi problemlərini həlli etməyə və hədəfini açıqlamağa çalışır. Bununla Ermənistan hökuməti Rusiyadan asılılığını azaltmağa cəhd göstərir. Rusiyaya qarşı təbliğat kampaniyası aparan rəsmi İrəvan bu addımı ilə ölkənin təhlükəsizliyi ilə bağlı problemə qərbin diqqətini cəlb etməyi hədəfləyir. Qeyd edək ki, Paşinyan son açıqlamalarından birində deyib: “Ermənistan strateji təhlükəsizlik məsələsində tək Rusiyaya güvənməməli idi”.

Ermənistan İstintaq Komitəsinin “Sputnik” radiosunun erməni şərhçisi Aşot Gevorkyan və rusiyayönümlü erməni bloger Mikael Badalyanı saxlaması rəsmi İrəvanın informasiya sahəsində Moskva ilə fərqli mövqedə olduqlarının göstəricisi sayıla bilər. Qeyd edək ki, hadisə sentyabrın 6 və 7-də Qərbi Zəngəzurda baş verib. Onlarla birlikdə daha 5 nəfər saxlanılıb. Saxlanılanlara qarşı “odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatlarının və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi” maddəsi üzrə ittiham irəli sürülüb.

Baş nazirin həyat yoldaşı Anna Akopyanın Ukraynada keçirilən toplantıya qatılması, orada ölkə Prezidenti Volodimir Zelenski və xanımı Yelena ilə əl sıxıb görüşməsi də Rusiyaya müəyyən ismarış sayıla bilər.

Rusiyanın Ermənistanda əlində axıra saxladığı “kozırları” Robert Koçaryan və Serj Sarqsyana qarşı təbliğat da davam edir. Erməni politoloq Arutyun Mkrtçyan onların Ermənistan və erməni xalqı ilə şəxsi ədavətlərinin olduğunu söyləyib. O, hər iki siyasətçinin 2018-ci ildə tamamilə iflasa uğradığını vurğulayıb: “Onları nə öz seçiciləri, nə də indi çətin vəziyyətdə olan Ermənistan maraqlandırır”. Onun sözlərinə görə, Sarqsyan və Koçaryanın adamlarından ibarət olan müxalifətin mövcudluğu Ermənistan xalqının rədd edilməsi deməkdir: “Sarqsyanın ermənilərlə şəxsi problemi var. Bu səbəbdən 2018-ci ildə hakimiyyətdən uzaqlaşdırılıb. Koçaryanın isə bütövlükdə dövlət kimi sırf Ermənistanla problemləri var. O, son seçkilərə Rusiya ilə dərin inteqrasiyanı təklif etmək üçün getmişdi. Bu insanların deməyə sözü yoxdur”.

Ermənistanın tarixi, ermənilərin regiona gəlişi təkzibedilməz faktlarla Fransa və Rusiya kimi ölkələrin arxivlərində var. Rusiya siyasiləri və rəsmiləri ermənilərə tarixləri barədə yaddaş yenilənməsinə dair xatırlatma edəndə həmin faktları nəzərdə tuturlar. Onlar açıqlamaları ilə Ermənistana çatdırmaq istəyir ki, Rusiya Qafqaza ermənilərdən əvvəl gəlib. Yəni erməniləri Cənubi Qafqaz məhz o gətirib, Rusiya ərazisində yayılmasına şərait yaradıb. Peskovun “Unutmayaq ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır” açıqlaması da bunu təsdiqləyir. Bu yerdə Rusiya rəsmiləri, siyasi, ictimai, elm xadimləri daha təmkinli görünürlər. Ermənistanda sarqsyanlardan ibarət müxalifət, Paşinyanın formalaşdırdığı hakimiyyət Rusiyanın kölgəsini hələ də özlərininki zənn edirlər. Ermənistan isə 103 ildir de-fakto keçmiş SSRİ-nin, sonra isə Rusiyanın əyalətidir. Odur ki, Ermənistan rəsmilərinin anti-Rusiya çıxışlarını RF əyalətlərindən birində qiyama cəhd, yaxud mərkəzdənqaçma meyli kimi də qiymətləndirmək olar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?