azadses.az » Siyasət » Pyotr Petrovski: “Baş verənlər Ermənistana zərbədir”

Pyotr Petrovski: “Baş verənlər Ermənistana zərbədir”

“KTMT-nin birgə bəyannaməsini imzalamaqdan imtina etməsi Ermənistanın xarici siyasətində dərin böhranın olduğunu göstərir”.

Bunu Oxu.Az-a şərhində belaruslu politoloq, “Şimali Avrasiya” İnteqrasiya Araşdırmaları Mərkəzinin eksperti Pyotr Petrovski deyib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə bəyannaməsini imzalamaqdan imtina etməsi faktının özlüyündə KTMT-yə zərbə olması ilə bağlı suala cavabında Petrovski bunu təsdiqləyib. Həmçinin politoloq 2018-ci ildə Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi - Ermənistan nümayəndəsi Yuri Xaçaturovu həbs etməsinə də münasibət bildirib. Petrovski İrəvanın həmin hadisədən sonra KTMT-yə “özünün” yeni baş katibinin təyin edilməsi ilə bağlı uzun müddət etdiyi mübahisələr, bu postu Belarus generalı Stanislav Zasın tutması ilə bağlı da şərh verib.

“Baş verənlər Ermənistana zərbədir. KTMT-nin birgə bəyannaməsini imzalamaqdan imtina etməsi Ermənistanın xarici siyasətində dərin böhranın olduğunu göstərir (daxili siyasətdən heç danışmıram). Bir daha faktların üzərindən keçəcəyəm. 2020-ci ildən bəri bəyanatlar imzalandı, Ermənistan öz üzərinə öhdəliklər götürdü. Sonra Ermənistan bəyanatların vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyə əməl etmədi. Daha sonra eskalasiyaya başladı və bundan sonra da razılaşmaları yerinə yetirmədiyini gizlətmək üçün KTMT-ni bu işə cəlb etməyə çalışdı. Bu artıq həm də erməni dövlətçiliyində böhranın olduğunu deməyə əsas verir”, - deyə Petrovski qeyd edib.

Politoloqun sözlərinə görə, erməni cəmiyyətində müəyyən parçalanmalar gedir.

“Bir tərəfdən, revanşizm və millətçilik mövcuddur. Digər tərəfdən, yorğunluq hiss olunur. Sözdə onlar hamısı millətçi və revanşistdir, lakin sözləri ilə əməlləri üst-üstə düşmür. Bir məqam da var: dünyada erməni diasporları ilə nə baş verdiyinə diqqət edin, onlar İrəvanın avantüralarına qarışmaqda elə də həvəsli görünmürlər.

Beləliklə, Ermənistan bu gün yolayrıcındadır. Ölkə KTMT-nin üzvü olduğu üçün bu həm də bumeranq rolunu oynayaraq təşkilatı da vura bilər. Xəstənin qızdırması olanda, qarabasma görəndə və özünü idarə edə bilməyəndə bundan bütün ətrafdakılar da əziyyət çəkirlər”, - deyə ekspert vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib