azadses.az » Cəmiyyət » Sərhəddəki TOQQUŞMA: KTMT hansı səbəblərə görə İrəvana “get dərdinə çarə qıl” deyir? - ŞƏRH

Sərhəddəki TOQQUŞMA: KTMT hansı səbəblərə görə İrəvana “get dərdinə çarə qıl” deyir? - ŞƏRH

Rusiyanın patronajlığı altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmanı şərh edib.

Bəyanatda güc tətbiqinə qarşı bir tövr sərgilənib və ziddiyyətlərin həlli üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlardan, diplomatik, siyasi üsullardan istifadənin vacibliyi diqqətə çatdırılıb.

KTMT-nin şərhindəki “şifrə”ləri qırsaq, bu qənaət möhkəmlənir ki:

1. Qurum konkret olaraq sərhəddəki toqquşmanın özünün müdaxiləsi üçün əsas yaratmadığını söyləyir;

2. Ermənistan, həqiqətən də, KTMT-nin özü üçün lazımsız bir dövlətə çevrilib və KTMT ailəsinin içərisində belə, zərrə qədər nüfuza malik deyil;

3. KTMT Azərbaycanın diplomatiyası və Cənubi Qafqazdakı güc nisbətindəki üstün mövqedə durması səbəbilə Ermənistanın xeyrinə işləyə biləcək hərbi-siyasi sərmayələrdən qaçır.

KTMT, əslində, kollektiv səylərdən də uzaqdır, təşkilat yalnız bu ilin yanvarında Qazaxıstandakı hadisələrə müdaxilə ilə yadda qalıb, üstəgəl dünya nizamının orbitindən çıxarılması uğrunda mübarizə getdiyi zamanda özünü riskə atmaq istəmir.

Azərbaycan-Ermənistan münasibətlərinin sərhəddəki təzahürləri KTMT üçün yüksək riskli, mürəkkəb münaqişə zonası kimi xarakterizə edilmir, çünki rəsmi Bakının qeyd etdiyi kimi, müharibə bitib və Cənubi Qafqaz üfüqlərində yeni reallıqlar zühur edib.

KTMT-nin daxilində də vəziyyət ürəkaçan deyil, belə ki, Tacikistanla Qırğızıstanın özünün sərhəd münaqişəsi var, Qazaxıstan Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək vermir və Azərbaycanla münasibətlərdə yeni mərhələ formalaşdırır.

Belarus isə Moskvaya müttəfiq olsa da, Azərbaycanla münasibətlərin korlanmaması üçün Bakı əleyhinə qərarlarda iştirak etməz.

Rusiyaya gəlincə, ümumiyyətlə Ermənistanın hərəkətlərindən təngə gəlib və onun üçün İrəvan prioritet mahiyyət daşımır və Bakı ilə əlaqələrin dərinləşməsinə həddindən artıq önəm verir.

Yəni həm KTMT-nin öz daxilindəki mənzərə, həm də regional şərait hərbi təşkilatın Ermənistana dəstək verməməsini şərtləndirir.

Üstəgəl, KTMT ailəsi özünün rudiment üzvü olan Ermənistana görə Türkiyə ilə münasibətlər sisteminə tıxac vurmaq meylindən kənardır. Yəni bilir ki, Azərbaycan sərhədinə xarici müdaxilə Ankaranın adekvat addımı ilə müşayiət oluna bilər.

Sadaladığımız amillər KTMT-ni Ermənistana arxa çevirməyə və “get öz dərdinin çarəsini qıl” deməyə məcbur edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu