Dünyanın ən hündür zirvəsində qarın qalınlığı bəlli oldu
Çinli tədqiqatçılar dünyanın ən hündür dağı Everestdə (Comolunqma) qar örtüyünün qalınlığının 9,5 m olduğunu müəyyən ediblər.
Ölçmə 1000 MHz tezlikli georadardan istifadə edilməklə aparılıb.
Elmi ekspedisiyanın rəhbəri Yao Tandonq bildirib ki, məlumat planetimizin ektremal hündürlükdəki kriosferində dinamik dəyişiklikləri öyrənmək və ekstremal hündürlükdə iqlim dəyişikliyini daha yaxşı anlamağa kömək etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, ötən may ayında Çin alimləri Everestdə 8800 metrdən çox yüksəklikdə avtomatik meteoroloji stansiya quraşdırıblar.
Xatırladaq ki, Comolunqma dünyanın ən yüksək dağ zirvəsi olmaqla Himalay silsiləsinin bir hissəsidir. O, Nepal və Çinin Tibet Muxtar Bölgəsi sərhədində yerləşir. Zirvənin hündürlüyü 8848,86 metr təşkil edir.
Mənbə: TASS