LVMH dəyəri 500 milyard dolları keçən ilk Avropa şirkəti oldu
- 25-04-2023, 08:34
- Dünya
“Louis Vuitton” və “Dior” brendlərinin sahibi olan LVMH Holdinq bazar dəyəri 500 milyard dolları ötmüş ilk Avropa şirkəti oldu.
Analitiklər buna Çində karantinin ləğvindən sonra dəbdəbəli mallara tələbatın artması, avronun dollara qarşı bahalaşması kimi amillərlə izah edirlər.
LVMH-nin dəyəri ilə yanaşı, onun rəhbəri, dünyanın ən varlı adamı Bernar Arnonun sərvəti də 279 milyon dollar artaraq 243,5 milyard dollara çatıb.
Qeyd edək ki, Bu il Arno “Forbes”in versiyasına görə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.
Xatırladaq ki, aprelin ortalarında LVMH birinci rübdə satışların kəskin artması səbəbindən dünyanın ilk 10 ən böyük şirkəti sırasına daxil olub.
Mənbə: TASS