azadses.az » Dünya » İsveçli səyahətçi: “Azıx mağarası maraqlı tarixi məkandır”

İsveçli səyahətçi: “Azıx mağarası maraqlı tarixi məkandır”

"Azıx mağarası çox maraqlı tarixi məkandır".

Bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında İsveçdən olan səyahətçi Cerri Olofsson (Jerry Olovsson) deyib.

O, Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərin həyəcanlı səyahət olduğunu bildirib.

"Bu, çox maraqlı təcrübədir, səfərdən həzz aldım", - C.Olofsson söyləyib.

İsveçli qonaq Azərbaycana ikinci dəfədir səfər etdiyini, 5 il əvvəl Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər ölkələrində də olduğunu vurğulayıb.

Qeyd edək ki, Azıx mağarası Azıx kəndi yaxınlığında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən altı mağaradan ibarət kompleksdir. Azıx mağarası Xocavənd rayonu ərazisində Quruçay çayının sol sahilində, Tuğ kəndindən 3 km şimal-şərqdə, Füzuli şəhərindən 14 km şimal-qərbdə yerləşir.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.

Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Azərbaycanda zəlzələ olub
  3. Bakıda kitabxana yanıb
  4. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  5. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  6. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  7. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  8. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  9. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  10. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib