Azərbaycana xaricdən pul köçürmələri 19% azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 641 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.
''Report'' bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2% azdır.