azadses.az » İqtisadiyyat » Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI

Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib.
 
Dövlət Statistika Komitəsindən ''Azad Səs'' -ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15667,8 milyon ABŞ dolları təşkil edib:
 
“Ticarət dövriyyəsinin 8977,3 milyon dollarını və ya 57,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 6690,5 milyon dollarını (42,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2286,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,8 faiz, real ifadədə 22,9 faiz, o cümlədən idxal 42,2 faiz, ixrac isə 8,9 faiz azalıb.
 
2020-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,7 faiz, real ifadədə isə 18,4 faiz azalaraq 1153,2 milyon dollar təşkil edib.
 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,2 faizini İtaliyaya, 19,4 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, hər biri 4,2 faiz olmaqla Çin və Hindistana, 3,9 faizini İsrailə, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,8 faizini Ukraynaya, 2,3 faizini İspaniyaya, 1,9 faizini Çexiyaya, 1,7 faizini Tunisə, 1,5 faizini Almaniyaya, 11,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib”.
 
Rəsmi məlumata görə, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (39,0 faiz), Türkiyəyə (19,7 faiz), İsveçrəyə (12,0 faiz), Gürcüstana (8,0 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,2 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı daha çox olub:
 
“Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
 
2020-ci ilin yanvar-avqust aylarında 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,1 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 7,6 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 11,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,3 faiz, polietilen – 39,0 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 4,0 faiz artmış, təzə meyvə ixracı isə 15,8 faiz, şəkər – 41,2 faiz, tütün – 27,8 faiz, çay – 6,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,0 faiz, pambıq lifi – 5,2 faiz, pambıq ipliyi – 34,2 faiz, emal olunmamış alüminium – 20,2 faiz,  qara metallardan yarımfabrikatlar – 78,6 faiz azalıb.
 
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında təzə meyvə idxalı 15,1 faiz, bitki yağları – 2,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 38,9 faiz, çay – 5,9 faiz, mal əti – 18,4 faiz, kartof – 1,2 faiz, təzə tərəvəz – 29,9 faiz, minik avtomobilləri – 28,8 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 14,8 faiz, qara metallardan çubuqlar – 1,8 dəfə, məişət soyuducuları – 3,1 faiz artmış, buğda idxalı isə 20,1 faiz, xam şəkər və şəkər – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,9 faiz, siqaretlər – 78,9 faiz, qara metallardan borular – 12,7 faiz, polad prokatı – 7,7 faiz, mineral gübrələr – 5,7 faiz, rezin şinlər – 20,2 faiz, məişət kondisionerləri – 30,9 faiz, mebellər – 23,6 faiz, yük avtomobilləri – 13,4 faiz, polietilen – 27,5 faiz, paltaryuyan maşınlar – 11,1 faiz, qara metallardan künclüklər – 8,0 faiz, avtobuslar – 56,1 faiz, sement və sement klinkerləri – 27,1 faiz azalıb”.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib