Bakıda inşaat işlərinin həcmi 5,3 faiz artıb
- 4-11-2020, 12:08
- İqtisadiyyat
Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində yerinə yetirilmiş inşaat işlərinin həcmi 4 milyard 772,1 milyon manat təşkil edib.
Oxu.Az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu, 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən 5,3 faiz çoxdur.
2020-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,7 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 22,6 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 87,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.