azadses.az » İqtisadiyyat » Gömrük Komitəsinin neft ixracı ilə bağlı hesabatında bir-birinə uyğun gəlməyən rəqəmlər - ARAŞDIRMA

Gömrük Komitəsinin neft ixracı ilə bağlı hesabatında bir-birinə uyğun gəlməyən rəqəmlər - ARAŞDIRMA

Dövlət Gömrük Komitəsi Azərbaycanın 2023-cü ilin yanvar-may aylarında həyata keçirdiyi xarici ticarət əməliyyatları ilə bağlı hesabatı açıqlayıb.

Hesabatda göstərilir ki, bu ilin beş ayı ərzində Azərbaycandan 18 ölkəyə ümumilikdə 11 milyon 752 575,69 ton həcmində və 7 milyard 220 milyon 253,42 min dollar dəyərində xam neft ixrac edib.

Ötən ilin eyni dövründə isə bu ixracın ümumi həcmi 11 milyon 383 min 684,99 ton, dəyəri isə 8 milyard 058 milyon 720,31 min dollar səviyyəsində olub.

Buradan da aydın olur ki, bir il ərzində ixracın həcmində 368 min 890,7 ton və ya 3,14% artım, dəyərində isə 838 milyon 466,89 min dollar və ya 10,41% azalma baş verib.

Hesabatla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban DGK-nın ötən ilin noyabr ayından etibarən enerji məhsullarının ixracı ilə bağlı yaydığı məlumatların getdikcə reallıqdan uzaqlaşdığını bildirib:

“Yəni ixrac olunan mal və məhsullarla gömrük keçid-məntəqəsində bəyan edilmiş həcmlər arasında rəqəmlər daha da böyüyür. Belə ki, ötən ilin yekunu olaraq, Azərbaycanın ixrac etdiyi qaz həcmləri ilə gömrükdə bəyan edilmiş qaz həcmləri arasında üç milyard kubmetr fərq olub.

Sonra isə bu fərq cari ilin üstünə gəlinir və ötən illə müqayisədə qazın satış qiymətinin üç dəfə azalmasına baxmayaraq, DGK-nın məlumatlarında artım kimi qeyd edilir.

Elektrik enerjisinin ixracında da eyni hal baş verir. Belə ki, Energetika Nazirliyinin 2022-ci il üçün açıqladığı rəsmi məlumata görə, Azərbaycandan xaricə üç milyard kilovat/saatdan bir qədər çox elektrik enerjisi ixrac olunub. DGK isə bunun cəmi 1,7 milyard kilovat/saatını bəyan edib.
Yerdə qalan 1,3 milyard kilovat/saat isə cari ilin üstünə gəlinib və ilk dörd aylıq hesabatda fantastik göstəricilər ortaya çıxıb”.

Yuxarıda qeyd olunan hesabatda xam neftin ixracının artması ilə bağlı məlumata toxunan müsahibimiz bildirib ki, Dövlət Statistika Komitəsi bu ilin beş ayı ərzində neft hasilatının təxminən doqquz faiz azaldığını açıqlayıb:

“Böyük neft şirkətləri də ölkəmizdə son üç ildə neft həcmlərinin böyük templə azaldığını qeyd edirlər. Ancaq DGK neft ixracının artığını göstərir. Əgər hasilat azalıbsa, ixrac necə arta bilər?

Hazırkı hesabatda 11,75 milyon ton ixracın olduğu qeyd edilib. Energetika Nazirliyinin aylıq hesabatında isə göstərilir ki, ixrac 10,6 milyon tondur.

Buradan da görünür ki, 1,5 milyon ton ötən ildən qalıb və bu ilin üstünə gəliblər ki, bu da 8 milyon bareldən çox edir. Ötənilki qiymət isə daha yüksək idi. Düzgün hesablama aparıldıqda isə bu ilin göstəricilərindəki fantastik rəqəmlər ortaya çıxır”.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlanan sorğuya hələ ki cavab gəlməyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu