azadses.az » İqtisadiyyat » Ekspert: “Azərbaycandakı sosial-iqtisadi sabitlik dayanıqlı iqtisadi inkişafın nəticəsidir”

Ekspert: “Azərbaycandakı sosial-iqtisadi sabitlik dayanıqlı iqtisadi inkişafın nəticəsidir”

“Qlobal iqtisadiyyatdakı təlatümlərə baxmayaraq Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin olunması milli iqtisadiyyatın dayanıqlı inkişafının nəticəsidir”.

Bunu “Azadsəs.az”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, dünya bazarında enerjidaşıyıcılarının qiymətlərinin kifayət qədər yüksək səviyyədə qalması milli iqtisadiyyatın manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır:

“Dünya bazarında neftin qiymətlərinin uzun zamandır 100 ABŞ dollarının üzərində olması ölkənin ixrac gəlirlərinin sabitliyini təmin edir. Buna baxmayaq, qeyri-neft ixracının artırılması da prioritet olaraq qalır. Belə ki, bu ilin birinci rübünün nəticələrinə görə, qeyri-neft iqtisadiyyatı 10 %, qeyri-neft sənaye istehsalı 18 %-dən çox, qeyri-neft ixracı 45 % artıb.

Hesabat dövründə ÜDM-də 6,8 % artıma nail olunub. Azərbaycanın göz önündə olan iqtisadi yüksəlişinin təmin olunmasında milli iqtisadiyyatın liberallaşdırılması, investisiya mühitinin sağlamlaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, bütövlükdə şəffaflaşma prosesinin sürətlənməsi əhəmiyyətli rol oynayır. Bütün bunlar davamlı iqtisadi inkişaf və maliyyə nizam-intizamı üçün ciddi zəmin formalaşdırır ki, bu da nəticə etibarı ilə ölkənin xarici şoklara müqavimətini əhəmiyyətli dərəcədə artırır”.

Ekspert diqqətə çatdırıb ki, dünyada və regionda cərəyan edən proseslər fonunda ölkələrin ərzaq təhlükəsizliyi məsələsi heç zaman olmadığı qədər aktuallaşıb:

“Koronavirus pandemiyasından dolayı qlobal miqyasda qapanma, logistika kanallarının, qlobal təchizat zəncirinin sıradan çıxması, anomal iqlim şəraiti ərzaq defisitini və bunun nəticəsi olaraq həmin məhsulların qiymətlərinin artmasını tətikləyən faktorlar oldu. Son olaraq bu səbəblər sırasına dünyanın ərzaq təminatında əhəmiyyətli rol oynayan Rusiya və Ukrayna arasındakı münaqişə əlavə olundu. Xüsusilə qlobal taxıl ixracında əhəmiyyətli pay sahibi olan bu ölkələrin xarici bazarlara tədarük imkanları məhdudlaşıb. Düzdür, Azərbaycan taxıla olan tələbatının yalnız 40 %-ni idxal hesabına təmin edir. Lakin ərzaqlıq buğda ilə özünü cəmi 25 % təmin edir. Bunu nəzərə alaraq hökumət hələ çox əvvəldən ölkədə buğda defisitinin yaranmaması, un və un məmulatlarının qiymətlərinin sabitliyinin qorunması üçün kompleks tədbirlərin icrasına başlayıb. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk iki ayında xaricdən buğda tədarükü doqquz dəfədən çox artaraq 150,6 min tona çatdırılıb. Bunlar un və un məmulatlarının, o cümlədən çörəyin qiymətlərini sabitləşdirən faktorlara çevrilib”.

A.Həsənli hesab edir ki, işğaldan azad olunan torpaqların potensialı qeyri-neft iqtisadiyyatının artımını sürətləndirə, ölkənin ərzaq təminatının artırılmasında əhəmiyyətli rol oynaya bilər:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işləri gedir. Artıq 20 meqavat gücündə dörd su-elektrik stansiyası, doqquz elektrik yarımstansiyası inşa edilib, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmiryolunun 60 kilometri hazırdır, Füzuli Hava limanı, Zəfər yolu istismara verilib. Bununla yanaşı, hazırda fasiləsiz olaraq çoxsaylı infrastruktur layihələri icra edilir, o cümlədən yollar, tunellər tikilir, dörd xəstəxana inşa edilir, ağıllı kənd strategiyası reallaşdırılır.
Müvafiq infrastrukturun mövcudluğu həmin ərazilərin iqtisadi potensialının tam şəkildə reallaşdırılmasının əsas faktorlarından biridir. Suvarma sisteminin qurulması münbit torpaqlarla bol olan həmin ərazilərin kənd təsərrüfatı üçün imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu, öz növbəsində heyvandarlığın, quşçuluğun, meyvə-tərəvəzçiliyinin inkişafını stimullaşdıracaq. Lakin bütün bu proseslər külli miqdarda vəsaitlərin yatırılması hesabına başa gəlir. Bu gün Azərbaycan faktiki olaraq bu yükü təkbaşına daşıyır.



Müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları Azərbaycana heç bir yardım göstərməyib. Uzağa getmək lazım deyil. Bu gün bütün dünya Ukraynaya misli görünməyən dərəcədə dəstək nümayiş etdirir. Müharibədən sonra Ukraynanın bərpa planı cızılır. Marşal planının bənzərinin Ukraynaya münasibətdə tətbiq olunacağı ehtimal edilir. Azərbaycana münasibətdə isə nədənsə bir növ ikili standartların olmasını müşahidə edirik. Halbuki, Rusiyanın Ukraynada davranışı fonunda bu gün Avropa enerji tədarükü kanallarının diversifikasiyasını əsas prioritetlərdən birinə çevirib. Bu yolda “qoca qitə” hətta dekarbonizasiya doktrinasından belə kənarlaşıb və atom enerjisindən imtinanı təxirə salıb.

Neft-qaz ölkəsi kimi Azərbaycanın mövcud durumda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu keyfiyyətcə yeni mərhələyə çıxa bilər. Avropalı tərəfdaşlarımızın bunu nəzərə alaraq, işğaldan azad olunan torpaqların bərpasına dair mövqelərinə müəyyən korrektələr etmələri labüddür”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu