OPEC: Ukraynadakı hərbi münaqişə neft istehlakının və investisiyaların azalmasına səbəb olacaq
OPEC 2022-ci ildə dünya neft tələbatının sutkada 4,2 milyon barel artımı ilə bağlı proqnozunu saxlayıb. Lakin geosiyasi təlatümlər fonunda proqnoza yenidən baxılması gözlənilir.
OPEC-ə daxil olmayan ölkələrdən tədarük proqnozu da Ukraynadakı hərbi münaqişə ilə əlaqədar yenidən nəzərdən keçirilə bilər.
Qeyd edək ki, 2022-ci ildə qeyri-OPEC ölkələrindən neft tədarükünün artımı ilə bağlı əvvəlki proqnoz illik 3 milyon barel idi. ABŞ, Rusiya, Kanada, Braziliya və Qazaxıstanın bu artımın aparıcı qüvvələri olacağı gözlənilirdi.
İndi isə bildirilir ki, Ukraynadakı hərbi münaqişə neft istehlakının və sektora investisiyaların azalmasına, eyni zamanda inflyasiyanın və iqtisadi qeyri-müəyyənliyin sürətlənməsinə səbəb olacaq.