azadses.az » İqtisadiyyat » “Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox böyüdü”

“Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox böyüdü”

“Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu. Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox böyüdü. 2021-ci ilin ilk aylarında sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzərə alsaq bu, kifayət qədər ciddi artım kimi xarakterizə olunur. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”.

“Azadsəs.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2021-ci ildə ən vacib məqamlardan biri də iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir:

“Belə ki, qeyri-neft sektorunda artım 7,2 faiz təşkil edib. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən daha çoxdur. Nəticədə qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilir. Bu da, iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir.

İqtisadi artım, eləcə də, iqtisadi islahatlar fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına şərait yaratdı.

2021-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxil olmaların artması Dövlət Neft Fondundan transferlərə qənaət edilməsinə gətirib çıxardı.

Həmçinin, 2022-ci il üçün müstəqillik illərinin ən böyük büdcəsinin proqnozlaşdırılmasına imkan verdi.

Beləliklə iqtisadiyyatın inkişaf etməsi, iqtisadi artım tempinin bərpası həm də 2022-ci il iqtisadiyyatı üçün nikbin proqnozlar və qiymətləndirmələr aparılmasına gətirib çıxardı”.

V.Bayramov əlavə edib ki, pandemiyanın nəzarətə götürülməsi, yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasət pandemiyanın davam etməsinə baxmayaraq, real sektorda iqtisadi artımın əldə edilməsinə səbəb olub:

“Həmçinin, BMT tərəfindən Azərbaycan iqtisadiyyatının bu il 4 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu isə onu deməyə əsas verir ki, pandemiyanın 2020-ci illərdəki sərt təsirlərindən sonra Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub.

Qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar proqnozlaşdırılandan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb və yaradacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda kitabxana yanıb
  2. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  3. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  4. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  5. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  6. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  7. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  8. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  9. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  10. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib