"Santos" illik büdcəsinin 25 faizini Neymara xərcləyir
- Dünən, 14:54
- İdman
Braziliyanın "Santos" klubu illik büdcəsinin 25 faizini Neymara xərcləyir.
"Report" xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.
33 yaşlı hücumçu ayda 3.3 milyon avro qazanır.
Neymar öz adının olduğu köynəklərin satışından əldə olunan gəlirin 75 faizinə sahib çıxır. Forvard üçün stadionda 3 VİP loja ayrılıb. Oyunçuya, ailəsinə və dostlarına təyyarələrdə uçuşlar, eləcə də məşhur otellərdə yerləşmək haqqı ödənilir.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Braziliya təmsilçisinə qayıdan Neymar bu klubun yetirməsidir. O, komandada 9 oyun keçirib və 3 qol vurub.