Samir Abasov azarkeşlərdən üzr istədi
- Bu gün, 13:07
- İdman
"Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər".
Oxu.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunda "Sabah"la (1:1) cavab matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
- Növbəti mövsüm "Neftçi" neçə faiz dəyişməlidir ki, bu günkü birinci hissədəki oyunu göstərəsiniz?
- Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsünüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedəcək, neçə faiz qalacaq...
- Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsınız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
- Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Ən yaxşısı nədirsə, klub və oyun üçün onlar da əlindən gələni edir. Həmin problemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil.