azadses.az » İdman » “UEFA-nın gəliri heç vaxt özünü doğrultmur” - Tahir Gözəl

“UEFA-nın gəliri heç vaxt özünü doğrultmur” - Tahir Gözəl

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl evdə “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 9-cu tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” sizi həmin müsahibə ilə tanış edir:

- Komandanı təbrik edirəm. Çox gözəl oynadıq və layiqli qələbə qazandıq. “Neftçi” və “Qarabağ”ın oyunu fikrimcə, iki aslanın qarşılaşmasıdır. Bizim üçün çox ciddi rəqibdirlər. Bu səbəbdən qarşılaşmanı izləməyə gəldim. Ötən mövsüm “Neftçi” bizi 3 qarşılaşmada məğlub etmişdi. Ona görə də bu qələbədən həzz aldım. İlk hissədə 3 qol vurduq, düzdür, fasilədən sonra “Neftçi” fərqi azaltmaq istəsə də, “Qarabağ” buna imkan vermədi. Hər iki komandanı gözəl oyuna görə təbrik edirəm. “Qarabağ” üçün gözəl oyun oldu. Konfrans Liqasında “Kayrat”la oyundan öncə belə qələbə bizə lazım idi.

- Bu qələbə çempionluq yolunda çox vacibdir, yoxsa hələ uzun yol var?

- Çempionat çox uzundur. Futbolda erkən sevinmək olmaz. 1989-cu ildə keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununu yaxşı xatırlayıram. İlk hissədə “Fənərbaxça” 0:3 hesabı ilə uduzurdu, lakin fasilədən sonra 4 top vurub, qalib gəldi. Çempionat uzun marafondur. Həftədə 2 oyun keçiririk, bizim üçün çətindir. Bəzi meydanlarımızın vəziyyəti ideal deyil. “Səbail”in stadionu bizi çox narahat etdi. “Keşlə”nin stadionunu da qeyd edərdim. Futbolçularımızın zədə almasından qorxuruq. Çempion olmaq çox çətindir.

- Konfrans Liqasında “Qarabağ” Qazaxıstanda “Kayrat”ın qonağı olacaq. Komanda bu mövsüm tilsimi qırıb, qrup mərhələsini adlaya biləcək?

- Məncə, Qurban Qurbanov bu il çox gözəl komanda qurub. Fikrimcə, bu il maksimum nəticə əldə etmək fürsətimiz var. “Qarabağ”, Qurban Qurbanov və futbolçular da bu məsuliyyəti dərk etməlidirlər. Hesab edirəm ki, bu məsuliyyət hissi ilə səfərə yollanıb, qalib gəlmək lazımdır. Bəli, hesab edirəm ki, belə də olacaq.

- Bu mövsümkü “Qarabağ”ın gücünü necə dəyərləndirirsiz?

- Məncə, baş məşqçimiz Qurban Qurbanovun da seçimləri keyfiyyətli oldu. Yerli oyunçularımızdan Ramil Şeydayevi qeyd edərdim. Kadi Borges də tez uyğunlaşdı. Bu mövsüm əla komanda formalaşdırıldı. Klubların yüksəliş illəri olur. Burada qurduğu sistemlə komanda formalaşdıran Qurban Qurbanovu təbrik etmək lazımdır. “Qarabağ” özünü yeniləyən, yeni metodları ilə inkişaf edən klubdur.

- “Qarabağ”ın Konfrans Liqasında hansı mərhələyə qədər irəliləyəcəyini düşünürsünüz? Finala yüksəlmək mümkündür?

- Birlikdə görəcəyik. Niyə də olmasın?! “Dnepr” Avropa Liqasında bizimlə eyni qrupda idi və finala qədər getmişdi. Niyə “Qarabağ” finala yüksəlməsin? İclasların birində demişdim ki, özümüzü kiçik görməyək, Avropa futbolu oynayaq. Məncə, 1/4 final, yarımfinal oynamağın vaxtıdır və bu niyə də baş verməsin? İnşallah, güman edirəm ki olacaq.
- Daha böyük hədəflər üçün heyət də güclənməlidir. Qış fasiləsi transfer üçün uyğun zaman sayılmır. Bu baxımdan hansı işlər görüləcək?

- Mən deyə bilmərəm ki, klub və Qurban Qurbanov futbolçu axtarışındadır. Komanda çox stabildir. Ancaq baş məşqçimizdən istək olsa, klub olaraq addım atmağa hazırıq.

- İşğaldan azad edilən Ağdamda “İmarət” stadionunun bərpa olunması ilə bağlı hansısa işlər görüləcəkmi?

- Bu, dövlətin işidir. Biz başa düşməliyik ki, “Qarabağ”ın bir sponsoru var – “Azersun”. Bu şirkətdən çalışan 17 min insanın zəhməti ilə klub ayaqda durur. Doğrudan da, “Qarabağ”ı saxlamaq böyük zəhmətdir. Klubumuzun gəliri çox azdır. UEFA-nın gəliri heç vaxt özünü doğrultmur. Ya böyük hədəflərdən, iddialardan əl çəkək və klubun büdcəsini aşağı salaq, yığılan pulları investisiya edək. Amma “Qarabağ” elə bir səviyyəyə gəlib ki, bu, mümkün deyil. Bu komandanı ikinci dərəcəli klub etmək olmaz. Bu gün hamı bilir ki, “Qarabağ” Avropada uğurlu çıxış edir. Ağdama qayıdış dövlətimizin siyasəti və layihəsidir. Avropada davamlı oynayırıq. Bu gün futbolçularımızı Ağdama köçürmək imkanı yoxdur. Bu gün orada futbolçu və ailələrinə şərait olmalıdılır. Artıq Qarabağımızı almışıq və hələ orada çox işlər görülməlidir. Bu gün dövlətimizin günüdür. İnşallah dövlətimiz işlərini tamamladıqdan sonra biz də töhfələrimizi verərik.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar