azadses.az » İdman » “Qalatasaray”dan təklif almış Qədirov: “Türkiyə millisinə dəvət edirdilər” - MÜSAHİBƏ

“Qalatasaray”dan təklif almış Qədirov: “Türkiyə millisinə dəvət edirdilər” - MÜSAHİBƏ

“Neftçi” futbol klubunun sabiq futbolçusu Vladislav Qədirovun Oxu.Az saytına müsahibəsi
– “Qalatasaray”dan başqa, “Neftçi”yə Moskva “Dinamo”su və Qazaxıstan “Kayrat”ı düşə bilərdi. Siz hansı komandanın düşməsini istəyirdiniz?
– Bu mərhələdə güclü rəqib olur. Məncə, “Qalatasaray” normal rəqibdir. Deyərdim ki, “Kayrat” və “Dinamo” “Qalatasaray”dan da zəif deyil. “Kayrat” düşsə, çətin ola bilərdi. “Qalatasaray” “Neftçi”ni yaxşı tanımır, yuxarıdan aşağı baxır. Bu da bizim işimizə yarayır. Hər 30 ildən bir “Neftçi” “Qalatasaray”la oynayır. Əvvəl iki oyunda “Qalatasaray”a uduzmamışıq. Bu dəfə də uduzmarıq. Düzdür, 1960 və 1990-cı ildəki “Qalatasaray”la indiki bir deyil. Əsas odur ki, bu rəqibdən qorxmaq lazım deyil. Öz oyunumuzu göstərmək lazımdır. Başa düşürəm, rəqibdə Arda Turan, Radamel Falkao kimi məşhur futbolçular var. Amma adlardan çəkinmək lazım deyil. Fiziki cəhətdən də onlar “Neftçi”dən hazırlıqlı deyil. Çünki artıq “Neftçi” artıq iki rəsmi oyuna çıxıb, “Qalatasaray” isə yox. Üstəlik, Bakıda oynayacağıq, problem olmamalıdır. Bu da bir üstünlükdür.
– “Evdə oynayırıq” artıq nisbi anlayışdır. Çünki oyun azarkeşsiz keçiriləcək...
– Hardasa düz deyirsiniz. Amma mən özüm futbolçu olmuşam deyə bilirəm. Bakıda oynayanda özümüzü psixoloji cəhətdən daha rahat hiss edirdik. Səfərdə oynayanda üzərimizdə sanki basqı olurdu, oyunumuzu göstərə bilmirdik. Buna səfər yorğunluğu da əlavə olunur.
– “Qalatasaray”la oynamağımız “Neftçi”nin futbolçularının Super Liqaya yolunu aça bilərmi?
– Əlbəttə. Türkiyə nəhəngi ilə oynamağımızın bu üstünlüyü də var. Bu oyun bizim xeyrimizə olacaq, nəinki mənfimizə. Artıq klub prezidentinin özü də bildirib ki, iki futbolçusu ilə Türkiyə klubları maraqlanır. Nə qədər çox futbolçumuz xaricdə oynasa, o qədər çox Azərbaycan futboluna xeyri dəyər.
– 1990-cı ilin yanvarın 17-də “Qalatasaray”la “Neftçi”nin 2:2 bitən oyunda heyətdə siz də vardınız. Bu oyunu necə xatırlayırsınız?
– Bu oyun haqda Türkiyə mətbuatı da yazmışdı. Amma məqalədə səhv vardı. Əvvəla, 10-cu dəqiqədə birinci qolu Yunis Hüseynov yox, mən vurmuşam. Arzu Mirzəyev (söhbət rəhmətə getmiş “Neftçi”nin sabiq futbolçusundan gedir – S.M.) niyə qırmızı vərəqə aldı? 2:1 qalib gəldiyimiz oyun bitməli idi. O vaxt hakimlər oyuna neçə dəqiqə əlavə olunduğunu göstərmirdi. Neçə dəqiqə əlavə olunduğunu özü bilirdi. Bizim qapımıza 90+-də – 94 və ya 95-ci dəqiqədə penalti təyin edildi (ancaq Türkiyə mətbuatı bu penaltinin 86-cı dəqiqədə verildiyini bildirib, sadəcə bu qərarın gülünc olduğunu qeyd edib – S.M.). Arzu da hakimin üzərinə getdi ki, niyə oyunu qurtarmırsınız ki? Ona görə də qırmızı vərəqə aldı.
– “Qalatasaray”a vurduğunuz qoldan sonra sizə təklif də gəlmişdi...
– Elədir. Türkiyəyə biz tək getməmişdik. Ağadadaş Ağayev, Brilyant Dadaşova, rəqqasələr də bizimlə İstanbula getmişdi. Komanda oyundan sonra Bakıya qayıtdı. Mən isə Moskvaya, oradan da SSRİ gənclər millisi ilə Tailanda getməliydim. Ona görə də mən İstanbulda qaldım. Müğənnilər və rəqqasələrin Bakıya təyyarəsi isə sabaha idi. Axşam hoteldə yemək zamanı “Qalatasaray”ın nümayəndələri də gəldi. Onların vitse-prezidenti mənə dedi ki, “Qalatasaray”a keç, Türkiyədə qal. Həm də Türkiyə millisində oynayarsan. Mənə də soyadıma görə “Kadir” adı verəcəkdilər. Çünki məni belə çağırırdılar. Amma mən o vaxt təkbaşına qərar verə bilməzdim. Çünki onda hələ SSRİ-nin tərkibində idik, qapalı ölkədə yaşayırdıq. Dedim ki, rəhbərliklə danışın.
– Bəs rəhbərliklə danışdılarmı?
– Bəli. Bir ay sonra Bakıya gəldilər. Bakıda da mənim söhbətim getdi. Amma “Neftçi”nin ovaxtkı prezidenti Aydın İbrahimov razılaşmadı. Dedi ki, bizdə məqsəd “Neftçi”ni SSRİ Yüksək Liqasına çıxarmaqdır, hədəfimizə çatdıqdan sonra Vladislavı sizə buraxarıq. Amma nə Yüksək Liqaya çıxdıq, nə də mənim “Qalatasaray”a keçidim alındı. Onda 20 yaşım vardı. O vaxtlar Toni Şumaxer kimi alman qapıçı “Fənərbaxça”ya gətirilmişdi. Yavaş-yavaş Türkiyə futbolu inkişaf edirdi.
– Siz bilirdinizmi ki, oynadığınız “Qalatasaray” əslində Türkiyə 3-cü liqasında çıxış edən əvəzedici komanda olub?
– O komandanın heyəti əsas və ikinci komanda ilə yarıbayarı idi. Məsələn, onların əsas futbolçusu Tanju Çolak bizə qarşı oynamamışdı. O vaxt “Qalatasaray”ın futbolçularını da çox tanımırdıq. Sovet futbolçularına daha çox bələd idik, nəinki türklərə. Çünki o vaxt baxdığımız SSRİ çempionatı idi.
– “Qalatasaray”a keçsəydiniz, sizi Avropanın digər klublarında da görmək olardı bəlkə də...
– Əlbəttə. Adam çox təəssüflənir. Amma qismətdə nədirsə, odur. Görünür, belə olmalıymış.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib