azadses.az » İdman » Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, günün ilk matçı əyalətdə olacaq. "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
4 turdan sonra 3 xalı olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi isə 7 xalla 2-ci sıradadır.
Ölkə çempionatında 31 dəfə üz-üzə gəlmiş tərəflərin duelində "Qəbələ"18, "Sumqayıt" 4 dəfə qələbə sevinci yaşayıb. 9 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 53-24. “Qəbələ” 16 ev oyununun yalnız birində uduzub. “Sumqayıt” son 4 matçda bir dəfə xalsız qalıb.
Günün son oyununda isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gələcəklər. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Komandalar 7 xalla turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür. Tərəflər Premyer Liqada 18 dəfə qarşılaşıblar. Bu oyunların 9-da "Zirə", 4-də "Neftçi" qalib gəlib. 5 qarşılaşmada isə heç-heçə qeydə alınıb. "Qartallar"ın vurduğu 21 qola "ağ-qaralar" 18 qolla cavab veriblər. Son 5 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” son 8 matçda bir dəfə uduzub.
3 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, V tur
14:00. “Qəbələ”– “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” – “Neftçi”
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Səbail" matçı isə təxirə salınıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib